Ana səhifə / Virtual mühitdə iş bacarıqları / Skype proqramının yüklənməsi

Skype proqramının yüklənməsi

Paylaşmaq!

Skype proqramının yüklənməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Skype proqramının yüklənməsi

Skype proqramının yüklənməsi

Skype tətbiqinin cihaza yüklənməsi necə həyata keçirilir?

Bunun üçün google səyyahımıza daxil oluruq.

Açılan səyyahın Url ünvanına https://www.skype.com/en/get-skype/ sətrini daxil edirik.Skype proqramının yüklənməsiAçılan səhifədə Get for Desktop düyməsini sıxırıq. İnternetdən yüklənən proqramı kompüterimizə quraşdırırıq.

Yeni istifadəçi skype proqramına necə daxil ola bilər?

Bunun üçün proqramı işə salırıq. Əgər proqramda qeydiyyatımız varsa, onda tələb olunan sahəyə skype adımızı, mobil telefon nömrəmizi və elektron poçt ünvanımızı yazırıq.Skype proqramının yüklənməsiTələb olunan parametrlərdən biri vasitəsilə mütləq qeydiyyat olunmalısınız. Əgər siz yenidən qeydiyyatdan keçmək istəyirsinizsə, o zaman Создайте ее! linkinə klik etməli tələb olunan sahələri doldurmalısınız.

Yeni istifadəçi kimi qeydiyyatdan keçmək üçün nə tələb olunur?

Yeni istifadəçinin qeydiyyatı iki formada aparıla bilər.Skype proqramının yüklənməsi

  1. Mobil telefon vasitəsilə
  2. Mövcud elektron poçtdan istifadə etməklə
  3. Tələb olunan sahəni doldurduqdan sonra Далее düyməsi sıxılır.
  4. Təlimata uyğun tələb olunan digər sahələr üzrə keçid edilir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin. Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.