Skype-a kontakların əlavə olunması elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Skype-a kontakların əlavə olunması
Skype proqramına kontakları necə əlavə etmək olar?
Bunun üçün skype proqramının interfeysində Contacts (Контакты) düyməsi sıxılır. Növbəti səhifədə Добавить контакты vurulur. Açılan pəncərədə yeni skype istifadəçilərinin axtarışı sahəsində istifadəçinin skype adı yazılır.Sonra isə axtarış edilir. Axtarışın nəticəsi doğrudursa, o zaman siyahıda skype istifadəçisinin adı yazılır. Əlavə etmək üçün Добавить düyməsi sıxılır.
Beləliklə yeni skype istifadəçisi siyahıya əlavə olundu.
Skype-da səs və videonun quraşdırılması necə aparılmalıdır?
Bunun üçün skype proqramının tənzimləmələrinə daxil oluruq. Açılan menyudan Настройки sətrini seçirik.
Növbəti pəncərənin Звук и Видео bölməsi səs, mikrofon və video avadanlığın quraşdırılması eləcədə tənzimlənməsi üçün ayarların seçilməsinə icazə verir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.