Ana səhifə / Virtual mühitdə iş bacarıqları / Outlook proqramının interfeysi ilə tanışlıq

Outlook proqramının interfeysi ilə tanışlıq

Paylaşmaq!

Outlook proqramının interfeysi ilə tanışlıq elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Outlook proqramının interfeysi ilə tanışlıq

Outlook proqramının interfeysi ilə tanışlıq

Əgər siz başqa elektron poçt xidmətindən və ya Outlook proqramının başqa versiyasından istifadə edirsinizsə, o zaman interfeys fərqli olsada daxildəki elementlər eyni olacaq. Outlook elektron poçtu bir sıra elementlərdən təşkil olunmuşdur. Məlumdur ki, elektron poçtun bir sıra funksiyaları vardır. Bununla belə interfeysin əsas elementləri bizə elektron poçtu oxumaq, təşkil etmək, göndərmək və cavab vermək kimi imkanlar verir. Bu elementlərlə tanış olaq.

Outlook elektron poçt qutusu hansı elementlərdən təşkil olunmuşdur?

Gələnlər (İnbox) qovluğu

Bu qovluq bütün daxil olan məktublara baxmaq üçün istifadə olunur. Məktublarda adətən göndərənin adı,məktubun mövzusu,vaxtı və tarixi göstərilir.Outlook proqramının interfeysi ilə tanışlıqİstəyənizə uyğun olaraq məttublarınızı ayrıca qovluqda təşkil edə bilərsiniz. Bu qovluq məktublar siyahısı ilə birlikdə bir sırada əks olunacaqdır.

Hansı qovluqlar avtomatik rejimdə mövcud olur?

Qaralamalar(Drafts) qovluğu

Outlook proqramının interfeysi ilə tanışlıqQaralamalar qovluğu avtomatik rejimdə mövcud olur. Bu qovluq hələ göndərilməyən məktublar üçündür.

Göndərilənlər (Sent item) qovluğu

Outlook proqramının interfeysi ilə tanışlıqBu qovluq göndərilən məktublar üçün istifadə olunur.

Sil (Delete items) qovluğu

Outlook proqramının interfeysi ilə tanışlıqBu qovluq silinmiş məktublar üçün nəzərdə tutulmuşdur.

Məktubların təşkil olunma xüsusiyyətini necə yaxşılaşdırmaq olar?

Bunun üçün New folder (Создать папку) seçimində istifadə olunur. Bu seçim bizə məktubların təşkil olunma xüsusiyyətini yaxşılaşdırmağa imkan verir.Outlook proqramının interfeysi ilə tanışlıq Belə ki, öz məktublarımızdan ibarət yeni qovluq yaratmağa imkan verir.

Yeni məktub yaratmaq (New message) düyməsi

Outlook proqramının interfeysi ilə tanışlıqBu düymənin köməyi ilə yeni məktub yaratmaq olar.Outlook proqramının interfeysi ilə tanışlıqBu məktub daxilində yeni məlumat daxil etmək, onu formatlamaq və fayl əlavə etmək üçün yeni boş sahə açılacaqdır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin. Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.