Outlook elektron poçta giriş elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Outlook elektron poçta giriş
İnternetdə biz hansı üsullarla ünsiyyət qura bilərik?
İnternetdə biz yeni üsullarla ünsiyyət qura bilərik. Deyək ki, ənənəvi qaydada kiməsə məktub göndərmək əvəzinə ona elektron məktub göndərə bilərsiniz.
Ənənəvi poçt elektron poçtdan nə ilə fərqlənir?
Məlumdur ki, məktub və ya bağlama göndərərkən adətən bir neçə yükdaşıyıcı xidmətlərdən istifadə edə bilərsiniz. Elektron poçt göndərən zaman da siz müxtəlif göndərmə xidmətlərindən istifadə edə bilərsniz.Bu xidmətlərdən birinə pulsuz qeydiyyatdan keçə bilərsiniz. Ən populyar elektron xidmət provayderlərindən biri də Google olsa da digərlərini də misal göstərmək olar.
Elektron məktub hansı alətləri istifadəçiyə təklif edir?
Elektron məktub göndərərkən ilk görəcəyiniz iş məktubu yazıb hazırlamaqdır. Elektron məktub qələm və kağız əvəzinə mətn, şəkil, video, sənəd və sair istifadə etməklə rahat yazmaq, redaktə etmək, formatlamağa imkan verən alətlər təklif edir.Daha sonra kimə məktub ünvanlayacağınıza qərar verirsiniz. Ənənəvi qayda ilə məktub göndərəndə şəxsin adını, yaşadığı ünvanı bilməliyik. Elektron poçt xidmətində isə hər bir elektron poçt istifadəçisi fərdi şəkildə elektron poçt qeydiyyatından keçir.Hər bir elektron poçtun ünvanı özündə istifadəçinin adını @ işarəsini və elektron poçt xidməti provayderinin domenini birləşdirir.
Siz səxsin elektron poçt ünvanını bilirsinizsə, o zaman məktubun başlıq hissəsinə daxil edə və həmin şəxsə tez-tez məktub göndərə bilərsiniz.Məktub elektron qaydada internet vasitəsilə qəbul edən şəxsin elektron poçt ünvanına bir neçə dəqiqəyə və ya saniyəyə daxil olur. Belə üsul ənənəvi poçtdan fərqli olaraq elektron məktubu ünsiyyət üçün daha əlverişli və sürətli edir.Siz öz elektron poçt ünvanınızı email qeydiyyatı olan başqa elektron poçt xidmətlərindən istifadə edən istənilən şəxsdən məktub ala bilərsiniz.
Elektron poçt ünvanına giriş necə həyata keçirilir?
Adətən elektron poçt ünvanına girişi istənilən veb brouzerdən və ya qurğudan edə bilərsiniz. Bunun üçün elektron poçt tətbiqini mobil qurğularda və ya istənilən stolütü kompüterlərdə quraşdırmaqla istənilən yerdə elektron poçt göndərə və baxa bilərsiniz.Provayderin elektron poçt xidmətinə qeydiyyatdan keçəndə başqa insanların sizin poçtdan istifadə etməmələri üçün şifrə qoyursunuz. Elektron poçt internet vasitəsilə ötürülən elektron məktublarla rahat ünsiyyət imkanı yaradır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.