OneDrive ilə işə başlamaq və hesab yaratmaq elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
OneDrive ilə işə başlamaq və hesab yaratmaq
Onedrive-dan istifadə etməyə başlamaq üçün nə edirik?
Bunun üçün Onedrive.com saytına daxil oluruq. Həmin ünvan bizi https://www.microsoft.com/ru-ru/microsoft-365/onedrive/online-cloud-storage ünvanına yönəldəcək. Əgər outlook.com-da yaradılmış elektron poçtunuz cihazınızda varsa, o zaman birbaşa Onedrive-a keçid alırsınız.Yox əgər yeni istifadəçinizsə, o zaman Sign in (Войти) düyməsini sıxırıq. Növbəti səhifə bizi qeydiyyatdan keçməyə və ya öz istifadəçimizlə daxil olmağa imkan verəcək. Əgər yeni istifadəçi yaratmaq istəsək o zaman Greate one! Sətri kliklənir və təlimata uyğun hərəkət edirik.
Elektron poçt hesabımızla daxil oluruq. Hesab şifrəmizi yazırıq.
Beləliklə Onedrive hesabımıza daxil oluruq.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.