Ana səhifə / Virtual mühitdə iş bacarıqları / İnternetdə başqalarına olan pis münasibətin təsirləri

İnternetdə başqalarına olan pis münasibətin təsirləri

Paylaşmaq!

İnternetdə başqalarına olan pis münasibətin təsirləri elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İnternetdə başqalarına olan pis münasibətin təsirləri

İnternetdə başqalarına olan pis münasibətin təsirləri

İnternet və sosial şəbəkələr dostlarla, ailənizlə, həmkarlarınızla əlaqədə qalmağın yeni yollarını təmin edir. Bəzən insanlar bu platformalardan başqa istifadəçilər haqqında neqativ məlumatlar yaymaq üçün istifadə edir. İnternetdə kiber zorakılıq real həyatda olduğu kimi virtual həyatda da pis bir şeydir. İnsanlar internetdən bir-birilərinə təhqiramiz mesajlar göndərmək, dedi qodu yaymaq və kiminsə icazəsi olmadan şəxsi həyatı haqqında məlumatı yerləşdirmək üçün istifadə edə bilər.İnternetdə başqalarına olan pis münasibətin təsirləri

İnternetdə rəqəmsal mədəniyyəti təşviq etməyin hansı yolları vardır?

Qızıl qayda ilə yaşayın. Reallıqda və ya virtual aləmdə özünüz qarşılıqlı münasibət gözlədiyiniz kimi başqa insanlar ilə eyni qaydada davranın. Neqativ məktublar göndərməkdən və kiməsə pislik gətirə biləcək hərəkətlərdə iştirakdan çəkinin.İnternetdə başqalarına olan pis münasibətin təsirləri

Müxtəlifliyə, fərqliliyə hörmətlə yanaşın.

 Biz bir çox aspektlərdən fərqliyik. İnternetdə fərqli insanlarla qarşılıqlı əlaqədə onları düşüncələrinə, təcrübələrinə və mədəniyyətlərinə hörmət bəsləyin.İnternetdə başqalarına olan pis münasibətin təsirləri

İnternetdə bir şey paylaşmazdan əvvəl hər zaman dayanın və nəticələrini düşünün.

Sizin məlumat kiməsə bir pislik gətirə bilərmi? Sizin və başqalarının mənafeyinə, təhlükəsizliyinə xələl gətirə bilərmi? Nəsə paylaşmazdan əvvəl iki dəfə düşünün. Özünüzü və başqalarını qoruyun.İnternetdə başqalarına olan pis münasibətin təsirləri

Özünüzü və başqalarını qoruyun.

Əgər internetdə özünüzü təhlükəsiz hiss etmirsinizsə, vəziyyətdən sakitcə çıxıb, əmin olduğunuz kimsəyə bu haqda məlumat verə bilərsiz.İnternetdə başqalarına olan pis münasibətin təsirləriƏgər internetdə kiməsə qarşı şiddət və təhlükə görürsüzsə, hədəf olunanı müdafiə edib, güvəndiyiniz birinə bu haqda məlumat verin. Birlikdə interneti hər kəs üçün təhlükəsiz və səmimi dost mühitinə çevirə bilərik.İnternetdə başqalarına olan pis münasibətin təsirləriMəsuliyyətli rəqəmsal vətəndaş olmaqla internetə öz töhfənizi verin.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin. Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.