Mətn prosessorunda pdf faylının yaradılması elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Mətn prosessorunda pdf faylının yaradılması
Mətn prosessorunda pdf faylı necə yaradılır?
Mətn posesoru müxtəlif formatlarda mətn sənədlərini saxlayır. “Özlərinin” formatları MS Word 2003 və aşağı versiyalarda *.doc, MS Word 2007 və 2016-da isə *.docx-dir. MS Word 2016 versiyasınin isə *.pdf formatında da sənəd saxlamaq imkanı vardır.
Əmri sənədin yeni formatlarda saxlanılmasını (Pdf, XPS,Web-səhifə, Share Point və s.) və müxtəlif formatlarda (Pdf, XPS, Email-ə qoşma və s.) rabitə kanalları vasitəsilə göndərilməsi əməliyyatlarını yerinə yetirir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.