Fayl və qovluqların paylaşılması elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Fayl və qovluqların paylaşılması
Onedrive-da faylı necə paylaşmaq olar?
Office 365 necə və harada işləməyinizdən asılı olmayaraq, fayl paylaşımı həmişə eynidir.
Word, Excel, Powerpoint masaüstü tətbiqlərdən istifadə edirsinizsə, sağ yuxarı hissədə Paylaş (Share- Поделиться) işarəsini seçin.
Sənədi buludda saxlamamısınızsa, harada saxlamaq istədiyinizi seçmək lazımdır. Yox əgər sənədi buludda artıq saxlamısınızsa, o zaman paylamaq istədiyiniz zaman ilk növbədə icazənin müəyyən olunması gərəklidir. Susma vəziyyətinə görə istənilən istifadəçi sahəsi seçili olur. Lakin siz faylı kimlə paylaşmaq istədiyiniz göstərə bilərsiniz. Təşkilatınız icazə verərsə, onda hər kəsə,yalnız təşkilatınızdakı insanlar və ya xüsusi insanlar üçün giriş icazəsi verə bilərsiniz. Ayarların tətbiq üçün pəncərə Apply-Tətbiq et- Применить düyməsini sıxın.
Sonra paylaşmaq istədiyiniz şəxsin adını və ya elektron poçtunu daxil edin. Bir mesaj əlavə edin və göndərin.
Onedrive-da faylı paylaşmaq üçün olan keçici necə əldə etmək olar?
Bunun üçün pəncərədə ayrıca Keçidi köçür (Copy link- Копировать ссылку) seçmək və linki öz postunuzda və ya başqa bir sənəddə paylaşa bilərsiniz.Sənədi, faylı və ya qovluğu paylaşmaq istədiyniz zaman bu addımlar eynidir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.