Elektron məktubu oxu və cavablandır elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Elektron məktubu oxu və cavablandır
Elektron məktuba necə cavab verilir?
Bunun üçün kursorla cavab vermək istədiyimiz elektron məktuba klik edirik.
Bu zaman məktubun məzmunu sağ tərəfdə görsənir. Məktubun altında cavab yazmaq üçün Cavabla (Reply) düyməsi vardır.Cavabla (Reply) düyməsi sıxılır. Açılan növbəti sahədə cavab mətni daxil edilir. Sonra isə kursorla Göndər (Send) düyməsini sıxırıq.
Elektron məktubun yönlədirilməsi necə aparılır?
Bu zaman məktubun məzmunu sağ tərəfdə görsənir. Məktubun altında cavab yazmaq üçün Cavabla (Reply) düyməsi ilə yanaşı Yönəlt (Forward) vardır.Yönəlt (Forward) düyməsi sıxılır.Açılan növbəti sahədə yönləndirmək istədiyimiz elektron poçt ünvanı və məktubun məzmunu daxil edilir. Sonra isə kursorla Göndər (Send) düyməsini sıxırıq.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.