Axtarış sistemləri və axtarış məsləhətləri elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Axtarış sistemləri və axtarış məsləhətləri
- 1.1 WWW (Dünya hörümçək toru)
- 1.2 Veb-brauzer nədir?
- 1.3 Hipermətn nədir?
- 1.4 Veb-səhifə nədir?
- 1.5 Veb-sayt nədir?
- 1.6 İlk axtarış saytı hansıdır?
- 1.7 Axtarış sistemlərinin neçə əsas komponenti vardır?
- 1.8 Axtarış sistemlərində sorğuların hansı növlərindən istifadə olunur?
- 1.9 Axtarış sistemlərinin əsas anlayışları nədir?
Axtarış sistemləri və axtarış məsləhətləri
WWW (Dünya hörümçək toru)
İnternetin bir sıra xidmətləri vardır ki, onlardan da ən populyarı WWW (World Wide Web — Dünya hörümçək toru) hesab olunur.Dünya hörümçək toru İnternet resurslarının toplandığı yerdir.
Veb-brauzer nədir?
Burada hərəkət etmək üçün xüsusi proqram təminatı — veb-brauzer, yaxud, sadəcə, brauzer (ingiliscə to browse — gözdən keçirmək) lazımdır.Brauzer Dünya hörümçək torundan sənədləri götürmək və onları oxunabilən formatda göstərmək üçün istifadə olunan proqramdır. Brauzerdən istifadə etməklə siz həm mətnlərə, həm də görüntülərə baxa bilərsiniz. Brauzerlərin bir çoxu səs və video informasiyaları da dəstəkləyir.
Hipermətn nədir?
İnternetdə olan informasiyaların əksəriyyəti hipermətn şəklində olur. Hipermətn, adətən, bir mətndən başqasına keçid bəndlərinin (istinadların) olduğu mətnlər toplusudur.
Veb-səhifə nədir?
İnternetdə yerləşdirilmiş hipermətn şəklindəki sənədlər veb-səhifə adlandırılır.
Veb-sayt nədir?
Müəyyən mövzu üzrə bir-biri ilə əlaqədar olan və ümumi bir ünvanda yerləşdirilən veb-səhifələrin toplusuna isə veb-sayt deyilir.Bəzən veb-səhifə və veb-sayt terminləri sinonim kimi işlədilir.
İlk axtarış saytı hansıdır?
İlk axtarış saytı Archie olmuşdur. İngilis dilindən tərcümə edilib-Archie, istifadəçilərə xüsusi sənədləri daha asan müəyyənləşdirməyə imkan verən FTP arxivlərini indeksləşdirmək üçün bir vasitədir.İlk İnternet axtarış mühərriki hesab olunur. Orijinal tətbiqetmə 1990-cı ildə Kanadanın Montreal şəhərindəki McGill Universitetinin aspirantı Alan Emtage tərəfindən yazılmışdır.
Axtarış sistemlərinin neçə əsas komponenti vardır?
Agent — Şəbəkə üzərində hərəkət edən informasiyaları toplayır.
İstinadların verilənlər bazası — Agentlər tərəfindən təqdim olunan bütün informasiyaları əks etdirə biləcək istinadları özündə saxlayır.
Axtarış mexanizmi — İnsanların verilənlər bazası ilə qarşılıqlı anlaşmasını əks etdirmək üçün lazım olan istifadəçi interfeysidir.
Axtarış sistemlərində sorğuların hansı növlərindən istifadə olunur?
- Sadə və mürəkkəb sorğular — Bu sorğularda ayrı-ayrı açar sözlərdən və söz birləşmələrindən istifadə olunur.
- Genişləndirilmiş sorğular — Bu sorğular isə məntiqi şərtləri ödəyən operatorlar (and və or və s) üzərində qurulur.
Axtarış sistemlərinin əsas anlayışları nədir?
- İndeksləşdirmə — sənəddə istifadə olunan açar sözlər,xülasələr,domenlərin yerləşmə ünvanlarından ibarət verilənlər bazasının avtomatik şəkildə yaradılması prosedurudur.
- Relevantlıq (uyğunluq) dedikdə informasiya axtarışında axtarış sorğusunun semantik uyğunluğu və sənədin axtarış nümunəsi kimi başa düşülür.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.