Xanaya daxil edilmiş verilənlərin düzlənməsi bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Xanaya daxil edilmiş verilənlərin düzlənməsi
- 1.1 Xanaların düzlənməsi üçün hansı lentin imkanlarından istifadə olunur ?
- 1.2 Xanalardakı verilənləri düzləndirmək üçün hansı alətlərindən istifadə olunur?
- 1.3 Wrap Text-Перенос текста alətinin iş prinsipi necədir?
- 1.4 Merge and Center alətinin iş prinsipi necədir?
- 1.5 Orientation—Ориентация aləti nə üçün nəzərdə tutulmuşdur?
Xanaya daxil edilmiş verilənlərin düzlənməsi
Xanaların düzlənməsi üçün hansı lentin imkanlarından istifadə olunur ?
Xanalardakı verilənləri düzləndirmək üçün Home-Главная lenti üzərində yerləşən Alignment—Выравнивания alətlər qrupunun elementlərindən istifadə olunur.
Xanalardakı verilənləri düzləndirmək üçün hansı alətlərindən istifadə olunur?
- Align Text Left— Xanadakı verilənləri sola düzləndirir.
- Center— Xanadakı verilənləri mərkəzə doğru düzləndirir.
- Align Text Right— Xanadakı verilənləri sağa düzləndirir.
- Top Align- Xanadakı verilənləri sola yuxarı küncə düzləndirir.
- Middle Align- Xanadakı mətni xananın yuxarı və aşağı sərhəddi boyunca mərkəzə düzləndirir.
- Bottom Align- Xanadakı verilənləri aşağı sağ küncə düzləndirir.
Wrap Text-Перенос текста alətinin iş prinsipi necədir?
Wrap Text-Перенос текста alətinin iş prinsipi
Wrap Text-Перенос текста alətinin köməyi ilə xana daxilində verilənlərin iki sətirdə yazılışını təmin etmək olar. Bunun üçün xanaya verilənlər daxil edilir. Sonra isə Wrap Text -Перенос текста alətini vurmaqla həmin əməliyyatı icra etmək olar.
Merge and Center alətinin iş prinsipi necədir?
Bu alətinin köməyi ilə bir və ya bir neçə xananı eyni zamanda xanalar diapazonunu birləşdirmək və xana daxilindəki verilənləri mərkəzə doğru düzləndirmək olur.
Orientation—Ориентация aləti nə üçün nəzərdə tutulmuşdur?
Ориентация— Orientation— alətinin köməyi ilə xana daxilindəki mətnləri və verilənləri müxtəlif bucaqlar və ya müxtəlif istiqamətlərdə yazmağa imkan verir. Alətin tətbiqi üçün xanaya hər hansı bir məlumat daxil edilir. Sonra isə Ориентация— Orientation menyusundan istiqaməti dəyişmək üçün beş variantdan bir seçilir.
Beləliklə biz Xanaya daxil edilmiş verilənlərin düzlənməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır