Ana səhifə / Ofis proqramları modulu / Word 2016 sənədlərə müraciət

Word 2016 sənədlərə müraciət

Paylaşmaq!

Word 2016 sənədlərə müraciət bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Word 2016 sənədlərə müraciət

Word 2016 sənədlərə müraciət

Sizcə sonuncu dəfə istifadə olunan sənədlərə müraciətin əhəmiyyəti nədir?

Word 2016 sənədlərə müraciət

Yeni başlayan istifadəçilərin qarşısına çıxan problemlərdən biri də işlətdiyi sənədi sonrakı məqamda proqrama çağıra bilməməsidir. Və bəzən yeni başlayan istifadəçi hər hansı bir məlumatı Word proqramına daxil edib yadda saxladıqdan sonra nəhayət proqramı bağladıqdan sonra həmin sənədin təkrar proqrama çağrılması problemi çıxır. Çünki yeni başlayan istifadəçi hələ də kompüterdə müəyyən yerləri tanımır. Nəticədə proqramda yaratdığı və yadda saxladığı faylı sonrakı istifadəsi üçün proqrama çağıra bilmir.

Sonuncu dəfə istifadə olunan sənədlərə daha tez necə müraciət etmək olar?

Word 2016 proqramı işə salınarkən qarşıya çıxan ilk mənzərə Последние səhifəsi olur. Burada verilən siyahı vasitəsilə bu gün və ya digər günlərdə istifadə olunan sənədlərin adları görmək olar.

Word 2016 sənədlərə müraciət

Bundan başqa Fayl (Файл) menyusunda olan Открыть sətri seçildikdə Последние sətri vasitəsilə sonuncu dəfə istifadə olunan sənədləri daha tez ekrana çağırmaq olar.

Beləliklə biz Word 2016 sənədlərə müraciət mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.