Word 2013

Tətbiqi proqramlar fənninə giriş bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Kitab Azərbaycan Təhsil İnstitutunun aparıcı mütəxəssisi Səlimə İmran qızı Quliyeva tərəfindən 2016-cı ildə işıq üzü görmüşdür. Müəllifin öz şəxsi təşəbbüsü və xahişi ilə eləcədə müxtəlif Peşə Mərkəzləri, liseyləri və məktəblərində ixtisas dərslərini tədris edən müəllim və istehsalat təlimi ustalarına kömək məqsədi ilə təmənnasız dərc olunur.

Word 2013-də şəkillərlə işləmək

Word 2013-də şəkillərlə işləmək

Hissə-hissə hazırlanmış şəkilləri qruplaşdırıb tam şəkil halına gətirərək onu bir obyekt kimi səhifənin müxtəlif yerlərinə yerləşdirə bilərsiniz. Bunun üçün ayrı-ayrı şəkil hissələrini seçdikdən sonra Главная menyusunun Редактирование sahəsinin Выделить bölməsindən Выбор объектов əmrini seçin. Sonra Разметка страницы menyusunun Упорядочение sahəsindən Группировать əmrini seçin..

Ətraflı
Word 2013-də cədvəllərin hazırlanması

Word 2013-də cədvəllərin hazırlanması

Word-ün əsas xüsusiyyətlərindən biri də cədvəllərlə işləməkdir. Cədvəl hazırlamaq üçün bir neçə üsuldan istifadə edilir. Вставка menyusundan Таблица əmri seçilir. Bu zaman ekrana Вставка таблицы siyahısı açılır. Açılan siyahıdan Вставить таблицу əmrini seçirik.

Ətraflı
Mətn redaktorunda mətni redaktə etmək

Mətn redaktorunda mətni redaktə etmək

Hər hansı mətn hissəsini silmək üçün onu seçib Delete düyməsi sıxılır. Əməliyytların nəticəsini ləğv etmək üçün Настройка панели быстрого доступа panelindən Отменить, əməliyyatların yenidən icra olunması üçün Вернуть əmrini seçmək lazımdır. Eyni əməliyyatları uyğun olaraq klaviaturadan Ctrl+Z və Ctrl+Y düyməsini sıxmaqlada yerinə yetirmək olar.

Ətraflı
Səhifələrin formatlaşdırılması

Səhifələrin formatlaşdırılması

Səhifələrin formatlaşdırılması Səhifələrin formatlaşdırılması bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi proqramlar fənninə həsr olunmuş kitabın birinci fəslindəki dördüncü  elektron dərsliyində salamlayıram. Word proqramında yaradılan hər bir sənəd *. docx tipli fayl şəklində saxlanılır. (2003 və ondan əvvəlki …

Ətraflı
Mətni formatlaşdırmaq

Mətni formatlaşdırmaq

Hər hansı bir sözü seçmək üçün mausun oxu sözün üzərinə gətrilir və sol düymə iki dəfə sıxılır. Seçilmiş söz qara rəngə boyanır. Seçməni ləğv etmək üçün mətn sahəsinin hər hansı bir yerində mausun sol düyməsi təkrar sıxılır.Bütün mətni seçmək üçün Главная menyusundan Выделить - Выделить все əmrləri seçilir. Klaviatura düymələrindən də istifadə edərək seçmə əməliyyatlarını aparmaq olar. Simvolları formatlaşdırmaq üçün Главная menyusundan Шрифт əmri seçilir. Bu zaman ekrana Шрифт dialoq pəncərəsi açılır.

Ətraflı
Mətnin daxil edilməsi və mətn sahələrində dolaşmaq

Mətnin daxil edilməsi və mətn sahələrində dolaşmaq

Mətn sahəsindəki yanıb sönən işarə kursor adlanır. Kursor klaviaturadan daxil ediləcək simvolun yerini göstərir. Simvollar daxil etdikcə kursor sağa doğru yerini dəyişir. Böyük hərflərlə yazmaq üçün Caps Lock düyməsi sıxılır. Bu zaman Caps Lock indikatoru yanır. Rəqəmlərdən istifadə etmək üçün Num Lock düyməsi sıxılır. Bu zaman Num Lock indikatoru yanır. Bir hərfi böyük yazmaq üçün Caps Lock düyməsini sıxmağa ehtiyac yoxdur. Bunun üçün Shift düymələrindən birini sıxıb saxlamaqla uyğun hərf düyməsini sıxmaq vacibdir.

Ətraflı
Word 2013 mətn redaktoru haqqında məlumat

Word 2013 mətn redaktoru haqqında məlumat

 Word 2013 mətn redaktoru haqqında məlumat Word 2013 mətn redaktoru haqqında məlumat bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi proqramlar fənninə həsr olunmuş kitabın birinci fəslindəki ilk  elektron dərsliyində salamlayıram. Microsoft Office paketinin ən geniş yayılmış proqramlarından biri …

Ətraflı