Ana səhifə / Tətbiqi Proqramlar / SmartArt rəsmləri haqqında

SmartArt rəsmləri haqqında

Paylaşmaq!

SmartArt rəsmləri bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

SmartArt rəsmləri haqqında

SmarArt obyektlər nə üçün istifadə olunur?

Məlumatın vizual təsvir olunması üçün SmartArt obyektlərdən istifadə olunur. SmartArt obyektlər sadə qrafik siyahılardan eləcədə mürəkkəb prosesləri təsvir etmək üçün təşkilati və Venn diaqramlarından ibarət ola bilər.SmartArt rəsmləri haqqında

SmartArt obyektləri təqdimata yerləşdirmək üçün hansı lentin imkanlarından istifadə olunur?

Təqdimata SmartArt obyektlərin yerləşdirilməsi üçün Powerpoint 2016 proqramında İnsert (Вставка) lentinin imkanlarından istifadə olunur.SmartArt rəsmləri haqqında

SmartArt obyektləri təqdimata yerləşdirmək üçün hansı ardıcıllığa əməl olunmalıdır?

  • Bunun üçün İnsert (Вставка) lentində olan SmartArt qrafik elementi üzərində bir dəfə vurun.
  • Açılan SmartArt təsvirinin seçilməsi pəncərəsində təqdimata SmartArt təsvirinin yerləşdirilməsi üçün siyahılar verilir. Siyahıdan mövzuya uyğun istənilən variantı seçin.

SmartArt rəsmləri haqqında

Beləliklə biz SmartArt rəsmləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.