Ana səhifə / Ofis proqramları modulu / PowerPoint 2016 slayda baxış rejimləri

PowerPoint 2016 slayda baxış rejimləri

Paylaşmaq!

PowerPoint 2016 slayda baxış rejimləri bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

PowerPoint 2016 slayda baxış rejimləri

PowerPoint 2016 slayda baxış rejimləri

Powerpoint 2016 proqramı slaydlara baxış üçün hansı rejimlər təklif edir?

PowerPoint 2016 proqramında yaradılmış slaydlara müxtəlif rejimlərdə baxmaq mümkündür.

  • Struktur-Outline-Режим Структуры
  • Adi rejim—Normal-Обычный
  • Nizamlayıcı-Slide Sorter-Сортировщик слайдов
  • Qeyd-Страницы заметок
  • Slide Show-Slide Show-Показ слайдов-Slayd nümayişi
  • Режим чтения-Oxunuş rejimi

Adi rejim nə üçün nəzərdə tutulmuşdur?

Biz bu gün AdiNormal-Обычный rejimi ilə tanış olacağıq. Bu rejim MS PowerPoint 2003 proqramında özündə bir neçə rejimi (slayd, struktur və qeydlər) birləşdirirdi. PowerPoint 2016 isə adi rejim sadəcə slayd rejimini göstərir.

PowerPoint 2016 slayda baxış rejimləri

Slayd hissəsi — slaydın ümumi görünüşünü əks etdirir. Digər rejimləri isə lazım gəldikdə aktivləşdirmək olur.

Slaydlara baxma rejimini dəyişmək üçün hansı lentin əmrlərindən istifadə olunur?

Slaydlara baxma rejimini dəyişmək üçün Görünüş-View-Вид menyusun əmrlərindən də istifadə etmək olar.

PowerPoint 2016 slayda baxış rejimləri

Nizamlama rejimi nə üçün nəzərdə tutulmuşdur?

Nizamlama rejimində slaydların ardıcıl yerləşdirilmiş miniyatürlərinə baxmaq, bir neçə slaydla eyni zamanda işləmək və bu rejimdə slaydların dizaynını dəyişmək, eyni olub olmadığını yoxlamaq, lazım gələrsə, fonunu, rəngini, yerlərini dəyişmək, bir təqdimatdan digərinə keçirmək və s.

PowerPoint 2016 slayda baxış rejimləri

Nizamlama rejimindən Adi rejimə keçmək üçün slayd üzərində Nizamlama rejimində siçanın sol düyməsini iki dəfə vurun. Gördüyümüz kimi slayd adi rejimdə görsəndi.

PowerPoint 2016 slayda baxış rejimləri

Beləliklə biz PowerPoint 2016 slayda baxış rejimləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.