PowerPoint 2016 animasiya effektləri bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 PowerPoint 2016 animasiya effektləri
- 1.1 Obyektlərə animasiya tətbiq etmək üçün nə edirlər?
- 1.2 Obyektlərə animasiya tətbiq olunmuş animasiyanı necə nümayiş etdirmək olar?
- 1.3 Obyektlərə tətbiq olunan animasiyanı necə silmək olar?
- 1.4 Obyektlərə bir neçə animasiyanı necə tətbiq etmək olar?
- 1.5 Obyektlərə tətbiq olunan animasiyanı istifadəçi necə tənzimləyə bilər?
- 1.6 Obyektlərə tətbiq olunan animasiyanı müddətini necə tənzimləmək olar?
PowerPoint 2016 animasiya effektləri
Obyektlərə animasiya tətbiq etmək üçün nə edirlər?
Bunun üçün obyekt qeyd olunur. Animation (Анимация)-Animasiya alətlər qrupundan istənilən effekt nümunəsi seçilir. Əgər animasiyanın əlavə parametrləri mövcuddursa, o zaman Effect Options (Параметры эффектов) menyusundan seçilə bilər.
Obyektlərə animasiya tətbiq olunmuş animasiyanı necə nümayiş etdirmək olar?
Bunun üçün Preview (Просмотр) alətlər qrupundan Preview (Просмотр) düyməsi sıxılır.
Obyektlərə tətbiq olunan animasiyanı necə silmək olar?
Bunun üçün animasiya tətbiq olunmuş obyekt qeyd olunur. Animation (Анимация) alətlər qrupundan menyuya daxil olub None (Нет) düyməsini vururuq.
Obyektlərə bir neçə animasiyanı necə tətbiq etmək olar?
Bunun üçün animasiya tətbiq olunmuş obyekt qeyd olunur. Advanced Animation (Расширенная анимацию) alətlər qrupundan Add Animation (Добавить анимацию) menyusu açılır. Digər animasiya seçilir.
Obyektlərə tətbiq olunan animasiyanı istifadəçi necə tənzimləyə bilər?
Bunun üçün Advanced Animation (Расширенная анимацию) alətlər qrupundan Animation Pane (Область анимации)-Animasiya sahəsi düyməsi sıxılır. Açılan pəncərədə istifadəçi animasiyanın digər parametrlərini tənzimləyə bilər.
Obyektlərə tətbiq olunan animasiyanı müddətini necə tənzimləmək olar?
Bunun üçün Timing (Время показа слайдов)-Vaxt alətlər qrupundan Start (Начало)-Başlamaq, Duration (Длительность)-Animasiya müddəti və Delay (Задержка)-Ləngimə kimi parametrləri tənzimləmək lazımdır.
Beləliklə biz PowerPoint 2016 animasiya effektləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır