Word 2016 digər versiyalı proqramlar üçün yadda saxlanılma bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Digər versiyalı proqramlar üçün yadda saxlanılma
Nə üçün sənədin digər versiyalı Word proqramı üçün yadda saxlanılması vacibdir?
Əgər biz hələ də kompüterimizdə Microsoft Office proqramının 97-2002-2003-cü il versiyalarından istifadə ediriksə, onda yeni versiyalı Office proqramlarında yaradılmış faylı keçmiş versiyalı Office proqramlarında işlətmək (açmaq) mümkün olmayacaq.
Bu məsələnin həlli Office 2007 proqramından başlayaraq yeni versiyalı Office proqramlarında artıq fikirləşilib. Ona görə də bu problemin həlli üçün sənədi yadda saxlayarkən faylın tipinin Office-nin keçmiş versiyaları üçün yadda saxlanılmasını seçmək lazımdır.
Bu əməliyyatı icrası zamanı istifadəçidən nə tələb olunur?
Bunun üçün Fayl (Файл) menyusuna müraciət edirik. Sonra Сохранить как (yeni adla yadda saxlamaq) əmrini vururuq. Təbii ki, sənədimiz ilk dəfə yaddaşa verildiyi üçün məhz bu əmr seçilir. Sonra isə yadda saxlanılacaq yer seçilir.
Faylın tipini təyin edirik. Тип файла ( Faylın tipi ) sahəsində siçanın göstəricisini vururuq. Açılan siyahıdan Документ Word 97-2003 sətrini seçirik.
Sonra isə Сохранить (Yadda saxla) düyməsini sıxırıq.
Beləliklə bizim sənədimiz Microsoft Office proqramının 97-2002-2003-cü il versiyaları üçün yadda saxlanıldı.
Sənədin digər versiyalı Word proqramı üçün yadda saxlanılmasının başqa hansı üsulu vardır?
Bunun üçün Fayl (Файл) menyusuna müraciət edirik. Açılan menyudan Экспорт sətrini seçirik. Növbəti səhifədən Изменить тип файла düyməsini sıxırıq.
Açılan Изменить тип файла adlanan növbəti səhifədən faylın tipi təklif olunan siyahıdan seçilir və Сохранить как düyməsi sıxılır. Qalan prosedurlar yuxarıda sadaladığımız kimi aparılır.
Beləliklə biz Word 2016 digər versiyalı proqramlar üçün yadda saxlanılma mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır