Zərərli mühitin insan orqanizminə zərərli təsirləri elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sağlamlıq və təhlükəsizliyin qorunması moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Zərərli mühitin insan orqanizminə zərərli təsirləri
- 1.1 Zərərli mühit nə deməkdir?
- 1.2 İstehsalatda zərərli mühit dedikdə nə nəzərdə tutulur?
- 1.3 Təhlükəli və zərərli istehsal faktorları hansı qruplara bölünür?
- 1.4 Kimyəvi təhlükəli və zərərli amillər hansı altqruplara bölünür?
- 1.5 İstehsalın bioloji təhlükəli və zərərli amilləri
- 1.6 Psixofiziki təhlükəli və zərərli amillər
- 1.7 Kəskin peşə xəstəliklərinə səbəb olan zərərli istehsalat şəraiti hansıdır?
Zərərli mühitin insan orqanizminə zərərli təsirləri
Zərərli mühit nə deməkdir?
Əgər istehsalatda ətraf mühit təhlükəsizlik normalarına cavab vermirsə və işçilərin sağlamlığına zərərli təsir göstərirsə, belə mühit zərərli mühit sayılır.
İstehsalatda zərərli mühit dedikdə nə nəzərdə tutulur?
Zərərli istehsalat təsirlərə qeyri-kafi meteoroloji şərait, xoşagəlməyən işıqlanma, radioaktiv şüalanmasının və elektromaqnit sahələrinin mövcudluğu, istehsalatda olan toz, zərərli buxarlar, qazlar, səs, vibrasiyalar və nəhayət bədəndə yaranan ümumi fiziki gərginlik aiddir.
Təhlükəli və zərərli istehsal faktorları hansı qruplara bölünür?
- fiziki
- kimyəvi
- bioloji
- psixofizioloji
Fiziki amillər qrupuna daxildir:
- havanın yüksək dərəcədə çirklənməsi,
- iş yerində havanın aşağı və yuxarı temperaturda olması,
- yüksək səs,
- ultrasəs,
- vibrasiya,
- statik elektrik,
- ultrabənövşəyi şüalanma və digər faktorlar daxildir.
Kimyəvi təhlükəli və zərərli amillər hansı altqruplara bölünür?
- İnsan orqanizminə təsir xarakterindən asılı olaraq: ümumi toksiki, qıcıqlandıran, kanserogen, reproduktiv fəaliyyətə təsir göstərən və s.
- İnsan orqanizminə daxil olmasından asılı olaraq; nəfəs yolları vasitəsi ilə qida sistemindən, dəri örtüyündən təsir edən.
İstehsalın bioloji təhlükəli və zərərli amilləri
İstehsalın bioloji təhlükəli və zərərli amillərinə təsirləri nəticəsində travma və ya xəstəliklər əmələ gətirən mikro və makroorqanizmlər daxildir.Bunlar — bakteriyalar, viruslar, göbələklər, birhüceyrəlilər, bitki və heyvanlardır.
Psixofiziki təhlükəli və zərərli amillər
Psixofiziki təhlükəli və zərərli amillər fiziki və ruhi-əsəbi yüklənmələr qruplarına bölünür. Fiziki yüklənmələr statik, dinamik, hipodinamik ola bilər. Əsəbi-fiziki yüklənmələr, əqli gərginlik, əməyin monotonluğu, emosional yüklənmələr.
Kəskin peşə xəstəliklərinə səbəb olan zərərli istehsalat şəraiti hansıdır?
Zərərli istehsalat şəraitinə həmçinin akkumulyator sexlərindəki və elektrik qaynaq işlərini göstərmək olar. Bu cür işlər, kəskin peşə xəstəliklərinə (zəhərlənmə, böyük dozada şüalanma və s.) səbəb olur.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır