Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sağlamlıq və təhlükəsizliyin qorunması moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat
Əməyin mühafizəsi sahəsində dövlət siyasətinin əsas prinsipi müəssisələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi yönündədir. Qanuna əsasən, işçilər xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə pulsuz təmin edilməlidir. Təhlükəsiz, rahat və hərəkət azadlığının təmin edilməsi həm də məhsuldarlığın təminatıdır.
Tənəffüs orqanlarının mühafizəsi
- Bir istifadəlik respiratorlar
- Üz respiratorları
- Kartric və filtrlər
- Üzə uyğunluğu yoxlayan vasitələr
- Əlehiqazlardan
Bir istifadəlik respiratorlar
3M 8822 respiratoru tənəffüs orqanlarının toz hissəciklərindən asan, effektiv, rahat və gigiyenik qorunmasını təmin edir. Yarımkürə forması, cüt qaytan, köpükdən hazırlanmış burunüstü hissə və aliminium burun sıxacı müxtəlif üz ölçülərinə uyğun tənzimlənməyə imkan verir. Unikal klapan və möhkəm örtük, xüsusən isti və rütubətli hava şəraitində hissəciklərə qarşı davamlı və rahat müdafiəni təmin edir. 3M 8822 respiratorlarına bahalı və vaxt aparan texniki qulluq lazım deyil. Başqa sözlə 3M 8822 sözün əsl mənasında texniki qulluq tələb etmir.
Üz respiratorları
- Termoplastikdan işlənilib, polikarbonat linzadan panoramik görünmə təmin edir.
- Cızılmalara qarşı davamlıdır və görünmə keyfiyyəti dəyişmir, tənəffüs açılıb bağlanan klapanı ilə.
- Baş və boyun hissəsinə təzyiq sistemi, tam sıx oturuşu təmin edir.
- Effektiv və ekonomikdir, uzun müddət istifadə oluna bilər.
Kartric və filtrlər
- 3M 6001 filtrləri tənəffüs orqanlarını üzvi buxarlardan və formaldehiddən mühafizə edir. 3M™ 6000 və 3M™ 7500 seriyasından olan tam üz və yarı üz respiratorları üçün uyğundur.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır