Əmək mühafizəsinin əsas məqsədi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sağlamlıq və təhlükəsizliyin qorunması moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Əmək mühafizəsinin əsas məqsədi
Əmək mühafizəsinin əsas məqsədi nədir?
Zəhmətkeşlərin sağlamlığını qorumaq, işçilərin təhlükəsiz əmək şəraitini təmin etmək, istehsalat zərərçəkmələrinin qarşısını almaq məsələləri dövlətin başlıca qayğılarından biridir. Əməyin mühafizəsi haqqında hər bir işçi maarifləndirilməlidir, bundan əlavə, hər bir gənc işləməzdən öncə bu mövzuda hər hansı bilgiyə sahib olmalıdır. Yalnız bu zaman peşəsini yerinə yetirən şəxslərin təhlükəsizliyi qorunar.
Azərbaycanda əməyin mühafizəsi bağlı qanunvericilikdə nə deyilir?
Azərbaycanda əməyin mühafizəsi ilə bağlı milli qanunvericiliyin əsasını Konstitusiyanın 35-ci maddəsi, yəni “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. Azərbaycanın qoşulduğu, Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57-ci konvensiyasının (o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21-ci konvensiyasının) prinsipləri Əmək Məcəlləsində öz əksini tapmışdır.
Əmək normaları özündə nəyi əks etdirir?
Müəssisədə əməyin təşkilinin əsas elementlərindən biri əməyin normalaşdırılmasıdır. Əməyin dəqiq normaları işin icra edilməsinin ən əlverişli, məhsuldar, mütərəqqi və məqsədəuyğun formasının müəyyənləşdirilməsini özündə əks etdirir.Əməyin normalaşdırılmasında məqsəd zəruri əmək məsrəflərinin və onun nəticələrinin müəyyən edilməsi müxtəlif qrupa daxil olan işçilərin sayı və avadanlıqların miqdarı arasındakı nisbətin müəyyən olunmasıdır. Bu normalar əməyin, istehsalın və idarəetmənin ən səmərəli təşkili səviyyəsinə uyğun olmalıdır.
Əmək normaları içərisində vaxt norması əsas yer tutur.
Vaxt norması məhsul vahidinin hazırlanması və ya müəyyən həcmdə işin yerinə yetirilməsi üçün zəruri olan iş vaxtının müddətidir. Vaxt norması aşağıdakı kimi müəyyən olunur:
Nvaxt = tə + tk + tx + ti + tu + tht
Burada,
tə — əsas vaxt;
tk — köməkçi vaxt;
tx — iş yerinə xidmət vaxtı;
ti — işçilərin istirahət vaxtı;
tu — təşkilati-texniki səbəblərdən yaranan fasilələr;
tht — faydalı iş vaxtı fondu, saat;
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır