Ana səhifə / STQ modulu / İlkin təlimat haqqında məlumat

İlkin təlimat haqqında məlumat

Paylaşmaq!

İlkin təlimat haqqında məlumat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sağlamlıq və təhlükəsizliyin qorunması moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İlkin təlimat haqqında məlumat

İlkin təlimat haqqında məlumat

İlkin təlimat nə zaman verilir?

Zavodda işə yeni daxil olan və ya bir istehsalat sahəsindən digər istehsalat sahəsinə işə keçən fəhlə iş yerində işə başlamazdan qabaq işin təhlükəsiz görülməsi üzrə ilkin təlimat almalıdır.İlkin təlimat haqqında məlumat

İlkin təlimat hansı məqsədlə aparılır?

İş yerində təlimat keçməkdə məqsəd işləyən fəhləyə təhlükəsizlik texnikası nöqteyi-nəzərindən konkret işin xüsusiyyətlərini müfəssəl surətdə öyrətməkdən ibarətdir.İlkin təlimat haqqında məlumatTəlimatı usta keçərkən təlimatın bütün maddəalarını dərindən izah etməli işin görülməsi qaydalarını əyani şəkildə başa salmalıdır.

Fəhlənin iş yerində ilkin təlimatlandırılması proqramında hansı məsələlər öz əksini tapmalıdır?

İlkin təlimat haqqında məlumat

  1. Fəhlənin işləyəcəyi və xidmət edəcəyi avadanlığın quruluşu ilə tanışlıq
  2. Avadanlıqda olan bütün təhlükəli yerlər ilə tanışlıq
  3. Qoruyucu hasarlarla fərdi mühafizə üçün olan bütün tərtibat və vasitələrlə, onların təyinatı və onlardan düzgün istifadə etmək qaydası ilə tanışlıq
  4. İş yerinin düzgün və təhlükəsiz təşkil edilməsi ilə tanışlıq
  5. Təhlükəsizlik texnikası üzrə təlimatların məzmunu ilə tanışlıq
  6. Təlimatlarda irəli sürülən bütün tələblərə sözsüz əməl olunmasının vacibliyi ilə tanışlıq
  7. İşin təhlükəsiz görülməsi qaydaları ilə tanışlıq və sair

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat

Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat

Tənəffüs orqanlarının mühafizəsi üzrə təlimat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli …