Ana səhifə / SPİ modulu / Zədələnmiş sektorları necə bərpa etmək olar?

Zədələnmiş sektorları necə bərpa etmək olar?

Paylaşmaq!

Zədələnmiş sektor nədir və onu necə bərpa etmək olar?

Zədələnmiş sektorlar sərt diskdəki verilənlərin oxuna bilməyən kiçik klasterləridir. Sərt diskdə (HDD) zədələnmiş sektorların qarşısını almaq və bərpa etmək üçün bəzi sadə üsullar vardır.

Sektor nədir və sərt diskdə zədələnmiş sektorlar necə yaranır?

Sektor sadəcə sərt diskdə saxlanan informasiya vahididir. Standart sektor ölçüsü 512 baytdır. Sərt diskdə zədələnmiş sektorlar müxtəlif problemlərdən yarana bilər:

  1.  Windows əməliyyat sisteminin düzgün söndürülməməsi;
  2.  Sərt diskdə defekt olması, blok daxilində hava çirklənməsi və disk başlığının diskin
  3. səthinə toxunması;
  4.  aşağı keyfiyyətli və ya köhnəlmiş qurğular, nasaz prosessor kuleri;
  5.  zərərli proqramlar və s.

Fiziki və məntiqi zədələnmiş sektorlar

Zədələnmiş sektorların 2 tipi: fiziki və məntiqi var. Əgər kompüter sərt disk məlumat yazarkənhər hansı fiziki təsirə məruz qalarsa, yüksək istilik və ya başlığın diskin səthi ilə toxunmasınaimkan yaradan nasaz mexaniki hissə olarsa, fiziki zədələnmiş sektor yarana bilər. Fizikizədələnmiş sektorlar bərpa edilə bilməz, lakin onların qarşısı alına bilər.Məntiqi zədələnmiş sektorlar sektorda tapılan xəta korreksiya kodu (ECC) sektordakı kontentilə uyğun gəlmədikdə yaranır. Onlar diskdəki hər şeyin üzərinə sıfırlar yazılmaqla bərpa oluna bilər.

Zədələnmiş sektorları necə bərpa etmək olar?

Windows 7 əməliyyat sistemi Chkdsk adlı standart utilitə malikdir. Mütəmadi olaraq bu utilitdən istifadə etməyi tövsiyə edirəm. Utilit diski səhvlər üzrə yoxlayır, məntiqi səhvləri düzəldir, zədələnmiş sektorları tapır və onları qeyd edir və beləcə Windows 7 əməliyyat sistemi həmin zədələnmiş sektorları istifadə etmir. Check Disk bir qədər vaxt tələb edən utilitdir. O, bir çox şeylərdən: kompüterin sürətindən, diskdəki fayl və qovluqların sayından, əməli yaddaş tutumundan və sərt diskin tutumundan asılıdır. Ona görə Check Disk utilitini kompüterdə hər hansı bir işiniz olmadıqda icra etməniz məqsədəuyğundur. Həmçinin, utilit diskdəki bəzi fayllara xüsusi icazə istəyir. Buna görə də yenidən yükləmə (reboot) tələb edir və ondan sonra icra olunur. Chkdsk utilitini icra etmək üçün diski seçib üzərində siçanının sağ düyməsini sıxırıq. Açılan kontekst menyudan Properties(Свойства) əmrini seçirik:

Zədələnmiş sektorları necə bərpa etmək olar?

Açılan pəncərədə Tools vərəqinə daxil oluruq:

Zədələnmiş sektorları necə bərpa etmək olar?

Yeni pəncərədə Check Now(Выполнить проверку) düyməsini sıxırıq:

Zədələnmiş sektorları necə bərpa etmək olar?

Açılan pəncərədə hər 2 seçmə qutusunu seçib Start(Запуск) düyməsini sıxırıq:

Zədələnmiş sektorları necə bərpa etmək olar?

Ola bilsin ki, Check Disk utilitinin diskdəki bəzi fayllara xüsusi icazə lazım olduğunu bildirən xəbərdarlıq pəncərəsi görsənsin. O zaman sadəcə Yes düyməsini sıxmaq lazımdır. Əməliyyat sistemi yenidən yüklənəcək (reboot) və utilit ondan sonra icra olunacaq.

Zədələnmiş sektorların qarşısını almaq

Siz kompüterin aparat və proqram təminatını nəzarətdə saxlamaqla sektorların zədələnməsininqarşısını ala bilərsiniz. Aparat vasitəsilə yarana biləcək zədələnmiş sektorların qarşısını almaq üçün:

  • Əmin olun ki, kompüteriniz sərin saxlanılır və o qədər çox tozlanmır;
  • Əmin olun ki, yaxşı brend markadan olan keyfiyyətli qurğu almısınız;
  •  Kompüteri ehtiyatla tərpədin (ehtiyac olduqda);
  •  Sərt diski sistem blokda 4 bir tərəfdən möhkəm bərkidin;

Kompüteri düzgün söndürün. Əgər maddi imkanınız icazə verirsə, UPS işlədin.

Proqram təminatı vasitəsilə zədələnmiş sektorların qarşısının alınması üçün:

  • Yaxşı disk defraqmentasiya proqramı istifadə edin. Bununla bəzi problemlərin qarşısını
  • ala bilərsiniz;
  • Antivirus proqramı istifadə edin.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi

Paint qrafik redaktorunda rəsmin çap edilməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …

Добавить комментарий