VPN şəbəkə haqqında məlumat bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar, Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
VPN şəbəkə haqqında məlumat
VPN şəbəkə nədir?
Müxətlif dərs vəsaitlərində VPN şəbəkəsi ilə bağlı müxtəlif izahatlara rast gəlinir. Onların biri ilə tanış olaq. Lokal və qlobal şəbəkələrin əlaqəsinə maraqlı örnəklərdən biri virtual özəl şəbəkədir (Virtual Private Network, VPN). Belə şəbəkə hər hansı təşkilatın müxtəlif ərazilərdə yerləşən iki və ya daha çox lokal şəbəkəsinin qlobal şəbəkələrin ümumi istifadəli kanalları vasitəsilə (məsələn: İnternet üzərindən) birləşdirilməsi nəticəsində alınır.
Virtual özəl şəbəkə nədir?
Əgər internetə qoşulduğunuz zaman hər hansı bir problem yaranırsa və ya müəyyən saytlara daxil olmaq üçün blok qoyulubsa, o zaman axtardığınız həll VPN ola bilər. Əgər internetinizi sürəti aşağıdırsa, onda Virtual Özəl Şəbəkədən istifadə edərək bunu aradan qaldıra bilərik. VPN olduğunuz ölkədə deyil, digər ölkədən internetə daxil olurmuş kimi virtual bir tunel yaradır. Başqa bir məsələ qadağan olunmuş saytlara giriş və daha az iz buraxmaq şərti ilə internetdə dolaşma kimi bir çox üstünlükləri var. Bildiyimiz kimi bir çoxumuz qadağan olunmuş saytlara girişin yolu olan VPN-dən istifadə edirik. Əslində işin mahiyyətinə baxsaq VPN bu məqsədə xidmət üçün yaradılmayıb. «Virtual Private Network» sözlərinin abreviaturası olan VPN tərcümədə «virtual özəl şəbəkə» mənasını verir. VPN şəbəkələrə məsafədən girişə icazə verən bir sistemdir. Başqa sözlə desək VPN istifadəçisi olmadığı bir nöqtədən (ölkədən, şəhərdən) şəbəkəyə qoşula bilər. Bununla da istənilən məlumatı ötürə bilər.
VPN necə işləyir?
Virtual özəl şəbəkə (VPN) iki nöqtə arasında virtul şəbəkə yaradır. Daha sonra internetə qoşulan istifadəçiyə yaratdığı özəl şəbəkədən bir IP ünvan verir. İstifadəçi digər ölkədən alınan bu IP ünvan ilə icazə verilən məlumat bazalardan istifadə edə bilir. Virtual özəl şəbəkə tərəfindən yaradılan şəbəkə drayveri şifrələnir. Bu da öz növbəsində bir sıra çətinliklər yaradır. Belə ki, mütəxəsisslər VPN-dən istifadə edənin olduğunu bilsələr də, onun dəqiq yerini, giriş etdiyi məlumatları aşkar etməyə çətinlik çəkirlər.
Virtual özəl şəbəkənin hansı növləri var?
Virtual özəl şəbəkənin bir neçə növü vardır. Onlardan ən məhşurları məsafədən giriş (PPTP VPN) və saytdan sayta transfer (Site to Site VPN).
Məsafədən girişdə (PPTP VPN) iş mühitində olmayan virtual özəl şəbəkə istifadəçisinin internet vasitəsilə xüsusi şəbəkə serverinə girişini təmin edir.
Saytdan sayta virtual özəl şəbəkədə isə iki fərqli qurum arasındakı ortaq şəbəkədən yönləndirilmiş bağlantının istifadəsi mümkün olur.
Bildiyimiz kimi Virtual özəl şəbəkə yalnız qadağan edilmiş saytlara girmək üçün yaradılan sistem deyil. Eyni zamanda, istifadəçilərin virtual şəbəkə yaratmalarını və bununla işlərini asanlaşdırmalarını təmin edən xidmət növüdür. Virtual özəl şəbəkə tətbiqlərə nümunə olaraq NordVPN, ExpressVPN, Surfshark, FastestVPN, TorGuard, ProtonVPN, Windscribe, TunnelBear, Private Internet Access, FreeVPN,Earht VPN və başqalarını göstərmək olar.
Virtual özəl şəbəkə necə qurulur?
Virtual özəl şəbəkə tətbiqi iki cür quraşdırıla bilir. Ödənişli və ya ödənişsiz.
VPN proqramını kömpüterə yaxud mobil qurğuya internetdən yükləyib qurşadırmaq olar. Bunun üçün müxtəlif VPN tətbiqlərdən istifadə olunur. Ödənişsiz VPN proqramlarında müəyyən sürət məhdudiyyəti var. Yüksək sürətli VPN istifadə üçün daha sürətli paketləri əldə etməliyik. Bunun üçün ödənişli VPN tətbiqlərindən istifadə olunur. Bundan başqa Google Chrome, Opera, Mozilla və sair kimi brauzerlərdə müxtəlif VPN funksiyasını aktivləşdirib, proqram yükləmədən istifadə etmək olar. Belə ki, Google Chrome səyyahı üçün Earth VPN ödənişsiz əlavəsini qeyd etmək olar.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır