Ana səhifə / ŞÜİOR / İp ünvan haqqında məlumat

İp ünvan haqqında məlumat

Paylaşmaq!

İp ünvan haqqında məlumat bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar, Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram. İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 208.220.230.4. Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.
Rəqəmli nömrələrlə yanaşı adlardan da istifadə olunur.

İp ünvan haqqında məlumatİp ünvan haqqında məlumat

Məsələn, bach.bstc.azeri.com
Burada bachkompüterin adı (host), bstc — alt domen (subdomain), azeri — domen (domain), com — birinci səviyyəli domen (first level domain). Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS — domain name service) tərəfindən yerinə yetirilir.
Ekranda göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:
com —
kommersiya ilə məşğul olan təşkilatlar
edu —
təhsillə məşğul olan təşkilatlar
org —
kommersiya ilə məşğul olmayan təşkilatlar
gov —
hökumət təşkilatları
mil —
ABŞ -ın hərbi təşkilatları
int —
beynəlxalq təşkilatlar
net —
şəbəkə xidmətləri göstərən təşkilatlar
Məsələn: www.nokia.com ; www.openbook.org ; www.ntk.net.
Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var.
Birinci səviyyəli coğrafi domenlər
az-
Azərbaycan
de —
Almaniya
fr —
Fransa
se —
İsveç
ru —
Rusiya
uk-
Böyük Britaniya və sair.
Məsələn: www.president.az; www.iworld.ru

https://www.youtube.com/watch?v=fLz6hA7-M3QŞəbəkəyə bağlı hər kompüter fərqli IP adresə sahib olmalıdır. TCP/IP tənzimləməsinə girəndə ilk qarşılaşdığımız «Obtain an IP address automatically» kimi seçilmiş olduğunu görəcəksiniz. Yaxşı bu nə deməkdir? XPVista açılan zaman ətrafda IP adresini ala biləcəyi DHCP server var yoxsa yox onu kontrol edir. Əgər DHCP server-i tapsa IP adresini ondan alır və işləyir. Əgər ətrafda yəni şəbəkədə DHCP server yoxdursa, XP, Vistada və sonrakı bütün windows versiyalarında da olacaq bir xüsusiyyəti istifadə edir. Özü-özünə IP adresi yaradır və istifadə edir. Əgər heç nə etməsək, bu şəkildə davam etsə və DHCP server də yoxdursa, yuxarıda izah olunduğu kimi kompüter özü-özünə IP adres yaradaraq istifadə edəcəkdir. Bu adresin nə olduğunu Start>Run>CMD ilə işlədəcəyimiz komanda ilə DOS pəncərəsində IPCONFIG yazaraq kompüterin İP-sini öyrənə bilərik.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий