Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi
- 1.1 Rəqəmsal məzmun nədir?
- 1.2 E-mail adi poçt ilə hansı cəhətlərinə görə oxşardır?
- 1.3 Elektron poçt ünvanı neçə hissədən ibarətdir?
- 1.4 İnformasiyanın elektron poçtla göndərilməsi hansı ardıcıllıqla icra olunur?
- 1.5 Addım 1
- 1.6 Addım 2
- 1.7 Addım 3
- 1.8 Elektron poçtla məktub və ona birləşmiş faylı necə göndərmək olar?
Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi
Rəqəmsal məzmun nədir?
İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz duyğu üzvlərinə görə analoq, kompüterlər isə rəqəmli informasiyanın köməyilə fəaliyyət göstərir. Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəng və formaların sonsuz müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu sayından istifadə edilir.
E-mail adi poçt ilə hansı cəhətlərinə görə oxşardır?
Prinsipcə, bu elektron poçt sistemi ən adi poçt kimi işləyir. Siz məktub yazırsınız, onu xüsusi “zərf”ə qoyursunuz, alan şəxsin ünvanını və öz ünvanınızı yazırsınız, göndərmə düyməsini basırsınız və sizin məktubunuz ünvan sahibinin elektron poçtunun qutusuna düşür.
Elektron poçt ünvanı neçə hissədən ibarətdir?
Elektron poçt ünvanı istifadəçi adından, @(əd-doq) işarəsi və saytın ünvanından ibarətdir. Məs: bilik@rambler.ru, kitab@mail.ru və s.
İnformasiyanın elektron poçtla göndərilməsi hansı ardıcıllıqla icra olunur?
Addım 1
Elektron poçtunuzu yaratdığınız sayta daxil olun. (məs: gmail.com saytına daxil olaq). İstifadəçi adımızı və şifrəmizi daxil edirik.
Addım 2
Açılmış pəncərədən compose (Написать — yazmaq) seçilir.
Addım 3
Növbəti açılmış pəncərədə məktub göndərəcəyiniz şəxsin E-mail ünvanı və məktubun mövzusunun adı daxil edilir. Göndər (Отправить) düyməsi sıxılır.
Elektron poçtla məktub və ona birləşmiş faylı necə göndərmək olar?
Məktub yazmaq üçün boş sahədə kursoru klik etmək və klaviaturadan mətni daxil etmək lazımdır. Fayl qoşmaq üçün “fayl əlavə et işarəsi seçilir”.
Beləliklə biz Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır