Elektron hökumət portalında qeydiyyat bugün ki, elektron və dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar və virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Elektron hökumət portalında qeydiyyat
Gəlin elektron hökumət portalında qeydiyyatdan keçmək üçün ardıcıllıqla tanış olaq. ADDIM 1
Elektron hökumət portalı na daxil olun (e-gov.az).
ADDIM 2. Qeydiyyat düyməsi
Qeydiyyat düyməsini çıqqıldadın. İstifadəçi qaydaları səhifəsi açılacaq.Qaydalarla tanış olub uyğun sahəni qeyd edin və Davam et düyməsini çıqqıldadın.
ADDIM 3. Şəxsiyyət vəsiqəsinin doğruluğu pəncərəsi
Şəxsiyyət vəsiqənizin tələb olunan məlumatlarını daxil edin və Növbəti düyməsini çıqqıldadın.
ADDIM 4. Portala giriş üçün kod və şifrə
Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin və Növbəti düyməsini çıqqıldadın. Şəxsiyyət vəsiqənizin məlumatlarının əks olunduğu Şəxsi məlumatlar səhifəsi açılacaq.
ADDIM 5. Şəxsiyyətin doğruluğu səhifəsi
Əlavə tələb olunan məlumatları daxil edin və Növbəti düyməsini çıqqıldadın. Şəxsiyyətin doğruluğu səhifəsi açılacaq.
Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.
Hesabınızın aktivləşdirildiyi haqqında bildiriş çıxacaq.
Beləliklə biz Elektron hökumət portalında qeydiyyat mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır