Ana səhifə / ŞÜİOR

ŞÜİOR

Bu bölmə ŞÜİOR adlanır. Şəbəkə və ümumi istifadədə olan resurslar modula daxil olan mövzular barədə məlumat verilir. Şəkilli və video formatında olan dərsliklərimiz ümid edirəm ki, tələbələrin ürəyincə olacaq. Bu modul (ŞÜİOR) Peşə Mərkəzi, liseyi və məktəblərində tədris olunan ixtisas fənnidir.

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin. Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.

Ətraflı

Fayl və printerlərin birgə istifadəyə açılması

Fayl və printerlərin birgə istifadəyə açılması

Bildiyimiz kimi Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Təhsil Nazirliyinin “evdə qal, dərsdən qalma” şüarı ilə başladılan sosial layihəyə 8 nömrəli Bakı Peşə Liseyinin müəllimi olaraq mən də qoşuldum. Ümid edirəm ki, tələbələrimiz evdə qaldıqları müddətdə zamanını səmərəli keçirib yeni istedadlarını üzə çıxara biləcəklər.

Ətraflı

Kompüterin lokal şəbəkəyə qoşulması

Kompüterin lokal şəbəkəyə qoşulması

Windows əməliyyat sistemi vasitəsilə kompüterlər arasında lokal şəbəkənin necə yaradılması, eləcə də şəbəkə resurslarından birgə istifadə etmək üçün onlara çıxışın necə açılması ilə tanış olaq. Bu gün, demək olar ki, hər bir evdə Wi-Fi yönləndiricilər olduğundan əlavə avadanlıqlardan istifadə etmədən evdə də lokal şəbəkə qurmaq olar.

Ətraflı

Lokal şəbəkələri birləşdirmək üçün avadanlıqlar

Lokal şəbəkələri birləşdirmək üçün avadanlıqlar

“Hamı hamı ilə” topologiyası. Burada şəbəkə informasiyanın ötürülməsi mühiti kimi radiodalğalardan istifadə edən. bütün istiqamətlərdə antennalarla təmin olunan şəbəkə radio adapterlərinin köməyi ilə reallaşdırılır. Bu şəbəkələrin fəaliyyət dairəsi 50-200 m olur.

Ətraflı

Simsiz şəbəkə qurmaq üçün avadanlıqlar

Simsiz şəbəkə qurmaq üçün avadanlıqlar

Simsiz şəbəkələrin yaradılması zamanı kompüterlərdə Wi-Fi adapterlərinin olması zəruridir. Müasir daşınabilir (portativ) kompüterlər belə adapterlərlə təchiz olunur. Əgər kompüterdə belə bir adapter yoxdursa, onun USB portuna taxılan Wi-Fi adapterindən istifadə etmək olar.

Ətraflı

Yönləndiricilər və routerlər

Yönlədiricilər və routerlər

Adətən, lokal şəbəkədə olan kompüterlər İnternetə bir rabitə kanalı vasitəsilə bağlanır. Lokal şəbəkəni İnternetlə əlaqələndirmək üçün yönləndirici və ya router lazımdır.

Ətraflı

Kommutator haqqında məlumat

Kommutator haqqında məlumat

Kompüterləri “ulduz” sxemi üzrə vahid şəbəkədə birləşdirmək üçün çox zaman kommutator və ya svitç adlanan qurğular tətbiq olunur. Toparlayıcılardan (hablardan) fərqli olaraq kommutatorlar paketləri yalnız nəzərdə tutulduqları kompüterə ötürür. Kompüter kommutatorla hər iki ucunda RJ-45 bağlayıcısı olan və “patçkord” (ingiliscə: patching cord – birləşdirici ip) adlandırılan kabel parçası ilə birləşdirilir.

Ətraflı

Toparlayıcı haqqında məlumat

Toparlayıcı haqqında məlumat

Hava limanlarında tətbiq olunan toparlayıcı (ingiliscə: hub) sözünü eşitmisiniz. Səyahətçilər bir yerdən başqa yerə getmək üçün müxtəlif toparlayıcılardan keçirlər. Verilənlərin ötürülməsində də toparlayıcı bənzər şəkildə işləyir. Bu tip qurğu ona daxil olan bütün informasiyanı, sadəcə, ötürür, yəni toparlayıcının portuna qoşulmuş qurğuların hamısı eyni bir informasiyanı alır.

Ətraflı