Ana səhifə / Sahibkarlıq modulu / Əmək haqqınn müəyyən edilməsi. Ştat cədvəli

Əmək haqqınn müəyyən edilməsi. Ştat cədvəli

Paylaşmaq!

Əmək haqqınn müəyyən edilməsi. Ştat cədvəli bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Əmək haqqınn müəyyən edilməsi. Ştat cədvəli

Əmək haqqınn müəyyən edilməsi. Ştat cədvəli

Ştat cədvəlini nə üçün tərtib edirlər?

Biznes fəaliyyəti ilə məşğul olan zaman sizə mütləq işçilər lazım olacaq. Bu səbəbdən də, siz planda işçilərin sayını, əmək haqqlarını və s. dəqiq göstərməlisiniz. Bunun üçün ştat cədvəli tərtib olunmalıdır. Ştat cədvəlini tərtib etmək olduqca sadədir.

Aşağıdakı cədvəldə ştat cədvəlinin birinci tərəfi göstərilir.

Əmək haqqınn müəyyən edilməsi. Ştat cədvəli

Burada, siz işçinin məsuliyyətlərini, vəzifəsini və ad, soyadını qeyd edirsiniz. Unutmaq lazım deyil ki, hər bir işçini, Azərbaycan Respublikasının Əmək Qanunuvericiliyinə əsasən işə qəbul etməli və rəsmi qaydada “Əmək Müqaviləsi” bağlamalısınız. İşçiyə əmək haqqı təyin edərkən, onun peşəkarlığını, tutduğu vəzifənin məsuliyyətini, yerinə yetirdiyi işlərin həcmini, həmçinin işçinin daha da həvəslə işləməsi üçün motivasiyasını nəzərə almaq lazımdır.

Əmək haqqının hansı formaları var?

Əmək haqqının təyin olunması üçün 2 üsul var:

işəmuzd və vaxtamuzd.

İşəmuzd üsula əsasən, işçinin əmək haqqı onun istehsal etdiyi məhsulun həcminə görə təyin edilir. Vaxtamuzd üsulla, əmək haqqı əməyi məhsul istehsalı ilə bağlı olmayan işçilərə və ya əməyi sadə üsulla ölçülməsi mümkün olmayan işçilərə tətbiq edilir. Sadəcə olaraq bu işçilərin 1 saatlıq işi qiymətləndirilir və 1 gündə faktiki iş saatlarına vurulur. İşəmuzd üsulla, əmək haqqının düzgün hesablanması üçün işçilərin əmək məhsuldarlığına, onların gündəlik istehsal etdiyi məhsulun sayına və keyfiyyətinə nəzarət təşkil edilməli və qeydiyyatı aparılmalıdır.

Əmək haqqının vaxtamuzd üsulla hesablanması zamanı işçilərin iş vaxtı düzgün ölçülməli və qeydiyyatı aparılmalıdır. Vaxtamuzd işləyən işçilərin, nizam-intizama riayət etməsinə nəzarət edilməlidir. Bunun üçün davamiyyət tabelləri tətbiq edilir. Davamiyyət tabelində hər bir işçinin iş yerinə nə vaxt gəldiyi və getdiyi qeyd olunur.

Əmək haqqının ədalətli təyin edilməsi, müəssisənin gələcək fəaliyyətinin müvəffəqiyyətini müəyyən edən ən mühüm məsələdir. Bu, həm müəssisənin mənfəətlə işləməsinə, həm də işçilərin həyat tərzinin layiqli olmasına təsir etməklə, onlarda məmnunluq hissi oyadır. Bu da, müəssisədə çox müsbət və isti münasibətlərin yaranmasına səbəb olur.

Əmək haqqı hansı hissələrdən ibarətdir?

İşçilərə sizin işəgötürən kimi ödəyəcəyiniz əmək haqqı 2 hissədən ibarətdir:

1.Xalis maaş;

2.Müxtəlif ayırmalar.

Xalis maaş — İşçiyə əmək haqqından müxtəlif ayırmaları çıxdıqdan sonra verəcəyiniz xalis pul məbləğidir.

Müxtəlif ayırmalar — Dövlət büdcəsinə ödənilən ayırmalardır və 2 hissədən ibarətdir:

Məcburi Dövlət Sosial Sığorta ödənişi nə qədərdir?

Əmək haqqınn müəyyən edilməsi. Ştat cədvəli

Əmək müqaviləsinə əsasən 22% işəgötürən, 3% isə işçi tərəfindən ödənilməlidir.

Müxtəlif ödəmələrə hansı ödənişlər aiddir?

  1. Məcburi Dövlət Sosial Sığorta ödənişi – Əmək müqaviləsinə əsasən 22% işəgötürən, 3% isə işçi tərəfindən ödənilməlidir.
  2. Fiziki şəxsin gəlir vergisi 14% Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, muzdlu işlə məşğul olan hər bir şəxs gəlirdən vergi ödəməlidir və bu da 14% müəyyən edilmişdir.

DİQQƏT!

Fiziki şəxsin gəlir vergisi ilə sadələşdirilmiş vergini qarışdırmaq olmaz! Fiziki şəxsin gəlir vergisi muzdlu işlə bağlı əldə olunan gəlirdən tutulan vergidir. Fiziki şəxsin gəlir vergisinin hesablanması qaydası: (2500 — Yaşayış Minimumu) x 14%.

Bu o deməkdir ki, əgər bir işçi 2500 AZN-ə qədər maaş alırsa gəlir vergisi yuxarıdakı düstura əsasən hesablanır.

Məsələn: Deyək işçi “X” adlı vəzifə üçün 400 AZN maaş alır. 2017-ci il üçün ölkə üzrə yaşayış minimumu 155 AZN təşkil edir. (400-155)x14%=245×14%=34.30 AZN

Bu, sadə düsturla siz işçinin gəlir vergisini hesablaya bilərsiniz. İndi isə gələcək ayırmaların hesablanmasına:

Əmək haqqınn müəyyən edilməsi. Ştat cədvəli

Yuxarıdakı misalda işçilər üçün ümumi ayırmaları hesablayaq:

  1. Məcburi sosial sığorta üçün 22%+3%=25%.
  2. Fiziki şəxsin gəlir vergisi üçün 14 %.

Çörəkçi vəzifəsində çalışan şəxs 400 AZN əmək haqqı alır:

Məcburi sosial sığorta: 400×25%=100 AZN

Fiziki şəxsin gəlir vergisi: (400-155) x 14% = 34.30 AZN Cəmi: 100 + 34.30 = 134.30 AZN

Digər işçilərin, ayırmalarının hesablanması qaydası göstərilən nümunədəki kimi olacaq. Ümumilikdə, yuxarıda göstərilən misalda 3 işçi üçün aylıq xərciniz 1311 AZN təşkil edəcək. Personal üçün çəkilən xərclər, sizin üçün önəmli olmalıdır. Çünki hər bir işçiniz, sizə gəlir gətirir və siz də əmək haqqı verirsiniz. Bu rotasiya (dövri) şəklində gedən proses kifayət qədər sağlam və dayanıqlı qurulmalıdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.