Ana səhifə / Sahibkarlıq modulu / Satışın idarə olunması

Satışın idarə olunması

Paylaşmaq!

Satışın idarə olunması bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Satışın idarə olunması

Satışın idarə olunması

Uğurlu satıcı keyfiyyətləri hansılardır?

Satışın idarə olunması

Uğurlu satıcı keyfiyyətləri satış prosesinin idarə olunmasında mühüm rol oynayır. Bu keyfiyyətlər bunlardır:

  • Nəticə əldə edilməsinə yönəlirlər;
  • Güclü əsaslandırma xüsusiyyətləri var;
  • Özlərinə inamlıdırlar;
  • Peşələrinə uyğun xarici görkəmləri var;
  • Vicdanlıdırlar;
  • Etibarlıdırlar;
  • Satdıqları malı yaxşı tanıyırlar;
  • Diqqətlə qulaq asmağı bacarırlar;
  • Ruh yüksəkliyinə malikdirlər;
  • Xoş xasiyyətlidirlər;
  • Ünsiyyətə girməyi bacarırlar;
  • Mehribandırlar;
  • Xoş rəftarlıdırlar.

Satmaq — bacarığı ünsiyyətə girmək bacarığı — deməkdir. Təsəvvür edin ki, siz satıcısınız. Mal satan zaman siz əslində potensial müştəriyə özünüz haqqında, təklif etdiyiniz mal (xidmət) haqqında məlumat verirsiniz. Bu prosesə aşağıda verilmiş addımların ardıcılığı kimi baxmaq olar və bu addımların hər biri daha yüksək səviyyəli ünsiyyətlə bağlıdır.

Addım 1. Potensial alıcıya müraciət edin, özünüzü və müəssisənizi təqdim edin.
Addım 2. Potensial alıcı ilə görüşməyinizin səbəbini izah edin.
Addım 3. Təklif etdiyiniz malı və ya xidməti göstərin və ya təsvir edin.
Addım 4. Potensial alıcı üçün mal və ya xidmətin necə faydalı ola biləcəyini nümayiş etdirin.
Addım 5. Satışın vaxtını və şərtlərini razılaşdırın
Addım 6. Potensial alıcıdan xahiş edin ki, malın alınması və ya xidmətlərlə bağlı qərar qəbul etsin.
Səmərəli ünsiyyət kimi satış prosesi elə ikitərəfli prosesdir. Siz bir tərəfdən sualları vermək üçün kifayət qədər bacarıqlı olmalısınız, digər tərəfdən alıcının tələb və maraqlarını aydınlaşdırmaq üçün yaxşı dinləyici olmalısınız.

Sahibkar satış prosesi zamanı nəyi bacarmalıdır?

Satışın idarə olunması

  • Alıcıların diqqətini cəlb etmək ;
  • Alıcıların tələblərini, arzularını, problem və məqsədlərini öyrənmək;
  • Bu tələbləri ödəyən mal və ya xidmətləri təqdim etməyi bacarmaq;
  • Alış-veriş zamanı qarşıya çıxan problemləri həll etmək;
  • Potensial müştərilərin işlərinin necə getdiyindən xəbər tutmaq.

Biznesin növündən asılı olmayaraq sahibkar diqqətini yalnız məhsul istehsalına və ya xidmətə deyil, həm də mal və xidmətlərin satılmasına yönəltməlidir. Onlar harada olduqlarından asılı olmayaraq həmişə özlərinin yaxşı satıcı imicini qoruyub saxlamalıdırlar.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.