Ana səhifə / Sahibkarlıq modulu / Sahibkarlıq qərarların qəbul edilməsi

Sahibkarlıq qərarların qəbul edilməsi

Paylaşmaq!

Sahibkarlıq qərarların qəbul edilməsi bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Sahibkarlıq qərarların qəbul edilməsi

Sahibkarlıq qərarların qəbul edilməsi

Sahibkar müəssisəsinə aid olan problemlərin həll edilməsində qərarın qəbul edilməsini kimə tapşıra bilər?

Sahibkarlıq qərarların qəbul edilməsi

Sahibkar olmaq üçün insan müəyyən yaradıcılıq qabiliyyətinə malik olmalıdır, xüsusilə də qərarların qəbul edilməsində. Sahibkarda öz gücünə və doğru qərar vermək bacarığına inam olmalıdır. Məhz qərar qəbul etmə bacarığı sahibkarın fərqləndirici xüsusiyyətidir. Onlar müəssisənin gələcək inkişafına böyük təsir edən əsas qərarları qəbul edirlər. Bu bacarıq daim çətinləşən vəziyyətlərdə qərar qəbuletmə təcrübəsinin nəticəsidir.

Qərar qəbul edilməsi prosesin hansı addımları nəzərdə tutur?

Sahibkarlıq qərarların qəbul edilməsi

1.Əsas problemlərin müəyyənləşdirilməsi,

2.Problemin potensial həllinin müəyyən edilməsi,

3.Potensial qərarın qiymətləndirilməsi,ən yaxşı qərarın seçilməsi,

4.Qərarın həyata keçirilməsi,

5.Qəbul edilmiş qərarın doğruluğunun yoxlanılması.

Baxmayaraq ki, bu rasional yanaşma əksər iş problemlərinin həllinin məntiqi və ağıllı yoludur. Liderlik keyfiyyətləri və sahibkarın hakim səlahiyyəti qəbul edilmiş qərarın müvəffəqiyyəti üçün zəruridir. Qərarın həyata keçirilməsi üçün qətiyyət tələb olunur. Sahibkarlar qəbul edilmiş qərarın həyata keçirilməsinin gələcək nəticələrinə müsbət baxmalıdırlar. Təşkilatın aydın vəzifələri və məqsədləri olmalıdır ki, onlar həll edilsin və həyata keçirilsin.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.