Ana səhifə / Sahibkarlıq modulu / Sahibkarlıq ideyalarının mənbələri

Sahibkarlıq ideyalarının mənbələri

Paylaşmaq!

Sahibkarlıq ideyalarının mənbələri bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Sahibkarlıq ideyalarının mənbələri

Sahibkarlıq ideyalarının mənbələri

Sahibkarlıq ideyası nədir?

Sahibkarlıq ideyalarının mənbələri

Sahibkarlıq ideyası isə artıq fəaliyyət göstərən sahibkarın ideyasıdır. Burda sahibkar yeni ideyanı bazarın təlabatına reaksiya göstərmək, istehsal etdiyi məhsulun stilini və ona olan təlabatı dəyişmək, məhsulunun rəqabatə davamlığını artırmaq, riski yumşaltmaq, uğursuzluğun nəticələrini azaltmaq üçün axtarır.

Sahibkarlıq ideyasını həyata keçirmək bizə nə üçün lazımdır?

Sahibkarlıq ideyalarının mənbələri

Müəssissənin inkşaf etdirilməsi üçün yaxşı sabikarlıq ideyası mühüm vasitədir. Yaxşı sabikarlıq ideyası hərçənd ki, özü-özünə yaranmır. Əksinə onlar səylər və hətta sahibkar tərəfındən nümayiş etdirilən yaradıcılıq bacarığı sayəsində yaranır. Yaxşı ideyanın əldə olunması sahibkarın biznes istiqamətində atılmış ilk addımıdır. Öz ideyasını həyata keçirə bilsə o, böyük inkişafa nail ola bilər.

Sahibkarlıq ideyalarının hansı mənbələri vardır?

Sahibkarlıq ideyalarının mənbələri

Yaxşı ideyanın bir neçə mənbəyi mövcuddur. Lakin, bu ideyanı  müvəffəqiyyətlə həyata keçirmək üçün sahibkar gözü açıq olmalı, ağılla hərəkət etməli və həmçinin yeni yaranan imkanları. əldən verməmək üçün diqqətli olmalıdır. İdeya mənbələrinin mahiyyətini araşdıran sahibkar özündə yaradıcılıq bacarıqlarının aşkarladığını hiss edir.

  • Şəxsi maraqlar və məşğuliyyətlər;
  • Şəxsi keyfiyyət və təcrübə;
  • Mass-media (qəzet, jurnal, televiziya, internet);
  • Sərgilər;

İdeyanız hansı 4 suala cavab verməlidir?

Sahibkarlıq ideyalarının mənbələri

  1. Müştərilərin ehtiyacları nədir? – Yəni quracağınız biznes müştərilərinizin hansı ehtiyaclarını ödəyəcək?
  2. Hansı məhsul və xidmət satılacaq?
  3. Kimə satacaqsınız? – Yəni son mərhələdə sizin məhsul və xidmətlərinizi alacaq insanlar, müştəriləriniz kimlərdir?
  4. Necə satacaqsınız?

Ən yaxşı ideya hələ sadəcə olaraq gün ərzində yaranan fıkirlər məcmusudur. Onun hələ bir qədər təkmilləşdirilməsi və mövcud şəraitə uyğunlaşdırılaraq həyata keçirilməsi sahibkarın qarşısında duran mühüm məsələlərdəndir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.