Ana səhifə / Sahibkarlıq modulu / Sahibkar kimdir?

Sahibkar kimdir?

Paylaşmaq!

Sahibkar kimdir? bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Sahibkar kimdir?

Sahibkar kimdir?

Bazar iqtisadiyyatına keçidlə əlaqədər bu iqtisadiyyata xas olan sahibkar, sahibkarlıq qabiliyyəti, sahibkarlıq fəaliyyəti və sair kimi sözlər də dilimizdə vətandaşlıq hüququ qazanmışdır. Sahibkar sözü sahib və kar ifadələrinin birləşməsi olub, neyin isə sahibinin, mülkiyyətçinin nə isə bir işlə məşğul olmasını ifadə edir.

Sahibkar elə bir şəxsdir ki, o bazarda çatışmayan məhsul və ya xidmətləri aşkar edir, sonra isə onları istehsal edib satır. Sahibkar xeyir götürmək məqsədilə istehsal amillərini hərəkətə gətirən və ya bu fəaliyyəti təşkil edən iqtisadi subyekdir.

Sahibkarlıq qabiliyyəti nədir?

Sahibkarlıq qabiliyyəti nədir?

Sahibkarlıq qabiliyyəti dedikdə, maddi ya intellektual mülkiyyət sahiblərinin ictimai fəaliyyətin  müəyyən sahəsində daha çox yararlı olması, müəyyən işi daha müvəffəqiyyətlə icra etməsi nəzərdə tutulur.

Sahibkarlıq fəaliyyəti nədir?

Sahibkar kimdir?

Sahibkarlıq fəaliyyəti dedikdə, fayda (mənfəət) əldə etmək məqsədilə öz riski əsasında müstəqil, sistematik olaraq məhsul istehsal etmək, xidmət göstərmək və ticarətlə məşğul olmaq başa düşülür.

Sahibkarlıq fəaliyyəti neçə formada aparıla bilər?

Sahibkarlıq fəaliyyəti neçə formada aparıla bilər?

Sahibkarlıq fəaliyyəti fərdi kollektiv formada aparıla bilər.

Fərdi sahibkarlıqla fiziki şəxslər , yəni vətəndaşlar məşğul olurlar. Kollektiv sahibkarlıq isə nizamnamə təsis sənədlərinə malik olan müəssisələr, yəni hüquqi şəxslər tərəfindən həyata keçirilir.

Sahibkarlıq fəaliyyəti müxtəlif meyarlar baxımından təsnifləşdirilir

  1. Mülkiyyətə görə: fərdi, qrup, dövlət, qarışıq;
  2. Fəaliyyətin həcminə görə: kiçik, orta, iri;
  3. Fəaliyyətin sahəsinə görə: sənaye, kənd təsərrüfatı,nəqliyyat, tikinti s.;
  4. Fəaliyyətin xarakterinə görə: istehsal, kommersiya, xidmət;
  5. Əhatə etdiyi əraziyə görə: yerli, regional, milli, bəynəlxalq olur.

Verilmiş təsnifatda innovasiya sahibkarlığı da xüsusi yer tutur. İnnovasiya sahibkarlığı ilə məşğul olan sahibkarların müəssisələri ayrı-ayrı təsərrüfatlarda texnoloji yenilikləri tədbiq etməklə, maşın və avadanlıqlar quraşdırmaqla və sairə ilə məşğul olur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.