Müəssisə və onun təsnifatı bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
Müəssisə və onun təsnifatı
Müəssisə dedikdə nə anlayırsınız?
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.
Müəssisələri hansı əlamətlərinə görə təsnifləşdirmək olar?
1.Fəaliyyət sahəsinə görə
2.Məhsul növlərinin sayına görə.
3.İxtisaslaşma səviyyəsinə görə.
4.Miqyasına görə.
Fəaliyyət sahəsinə görə. Bu baxımdan, müəssisələr maddi istehsal (sənaye, kənd təsərrüfatı) və qeyri – maddi istehsal ( ticarət, sığorta, müxtəlif növ servis xidməti və s.), yəni xidmət sferasında fəaliyyət göstərirlər.
Məhsul növlərinin sayına görə. Bu əlamətə görə ixtisaslaşmış, yəni az sayda məhsul istehsal edən müəssisələr və genişprofilli, yəni çox sayda müxtəlif məhsullar istehsal edən müəssisələr mövcuddur.
İxtisaslaşma səviyyəsinə görə. Bu əlamətə əsasən, müəssisələri 3 qrupa ayırmaq olar:
— hazır məhsul istehsal edən müəssisələr (məsələn, avtomobil);
— ehtiyat hissələri və müxtəlif detallar istehsal edən müəssisələr (məsələn, avtomobil üçün ehtiyat hissələri);
— texnoloji prosesin müəyyən mərhələsini həyata keçirən müəssisələr (məsələn, polad üçün nəzərdə tutulan çuqun istehsalı).
Miqyasına görə. Müəssisənin miqyası onun işçilərinin sayı ilə müəyyən edilir. Bu əlamətə görə müəssisələrin 3 növü mövcuddur: iri , orta və kiçik müəssisələr. Qeyd etmək lazımdır ki, dünya ölkələrində müəssisələrin işçilərin sayına görə qruplaşdırılması çox müxtəlifdir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır