Ana səhifə / Sahibkarlıq modulu / Mənfəət və zərər haqqında hesabat

Mənfəət və zərər haqqında hesabat

Paylaşmaq!

Mənfəət və zərər haqqında hesabat bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Mənfəət və zərər haqqında hesabat

Mənfəət və zərər haqqında hesabat

Maliyyə hesabatı nədir?

Mənfəət və zərər haqqında hesabat

Maliyyə hər bir müəssisənin ən mühüm biznes funksiyası, mühasibatlıq isə biznesin dilisayılır. Dövri olaraq maliyyə hesabatları müəssisənin maliyyə durumunu, fəaliyyatinin nəticələrini əks etdirir. Maliyyə hesabatı verilmiş konkret müəssisənin maliyyə vəziyyətini müəyyən-ləşdirməyə imkan verir.

Hansı maliyyə hesabatları mövcuddur?

Qeyd edək ki, müəssisənin əsas portretini təsvir edan 3 əsas maliyyə hesabatı aşağıdakılardır:

1) Mənfəətzərər hesabatı,

2) Balans hesabatı,

3) Kassa hesabatı.

Mənfəətzərər hesabatı özündə nəyi əks etdirir?

Mənfəət və zərər haqqında hesabat

Mənfəətzərər hesabatı müəssisənin dövr ərzində nə itirib nə qazandığını (gəlirlari və xərcləri) təsvir edir.

Mənfəət (zərər) = gəlirlərxərclər

Gəlirlər xərclərdən çox olduqda mənfəət, əks halda isə zərər meydana gəlir.

Mənfəət — zərər hesabatına aid nümunə

Gəlin kəllə qənd istehsal edən «A» şirkətinin 2012-ci il üçün mənfəət-zərər hesabatını düzəldək: «A» şirkəti 2012-ci il ərzində 117,647 kiloqram kəllə qənd satmışdır. Hər kilosunun satış qiyməti təxminən 1.70 AZN olmuşdur. Deməli, 2012-ci il ərzində «A» şirkətinin gəliri 117,647 kq x 1.70 = 200,000 AZN-dir.

Bu rəqəmi mənfəət-zərər hesabatının birinci sətri kimi qeyd edək: Satış gəliri — 200,000 AZN

Kəllə qəndin istehsalı üçün istifadə edilən xammalın dəyəri 117,000 AZN təşkil etmişdir. Bundan əlavə, işıq, qaz, işçilərin maaşı və s. kimi administrativ xərclərə, tutaq ki, 25,000 AZN xərclənmişdir.

Bunlar xərcdir, deməli, bunları satış gəlirindən çıxmaq lazımdır və bu xərclər mənfəət-zərər hesabatında mənfi işarəsi ilə yazılmalıdır. Satış gəlirindən bu xərcləri çıxdıqda yerdə qalan ümumi gəlir (və ya zərər) 58,000 AZN təşkil edir. Bu rəqəmləri mənfəət-zərər hesabatına əlavə edək:

  • Satış gəliri — 200,000 AZN
  • Satılmış məhsulun maya dəyəri — (117.000)
  • Administrativ xərclər — (25,000)
  • Faiz, Amortizasiya və Vergidən Öncəki Mənfəət 58,000

Yerdə qalan məbləğə «Faiz, Amortizasiya və Vergidən Öncəki Mənfəət» deyilir, çünki bunların hamısı hələ çıxılmalıdır. Azərbaycan dilində bu maddə 5 sözlə yazılır və onun üçün heç bir qısaltmadan istifadə edilmir. İngilis dilində isə əksinə, bu maddə «EBITDA» kimi göstərilir (Earnings Before Interest, Tax, Depreciation and Amortization).Bunların hər birinə ayrılıqda baxaq. Faiz — Bankdan alınan kredit üçün ödənilən faizlər nəzərdə tutulur.

Vergi — Hamımızın bildiyi mənfəət vergisidir. Azərbaycanda şirkətlərin ödədiyi vergi 22%-dir. Vergi ən axırda qalan məbləğdən, bütün digər xərclər çıxıldıqdan sonra tutulur. Yəni, şirkət öz mənfəət-zərər hesabatında nə qədər çox xərc göstərə bilsə (qanuni yolla), bir o qədər az vergi ödəməli olacaq. Məhz buna görə vergilər idarəsi şirkətləri yoxladıqda — yoxlanılan amillərdən biri də xərclərin süni şəkildə çox yüksək göstərilib-göstərilməməsidir.

Amortizasiya — Vaxt keçdikcə bir aktivin qiymətdən düşməsinə amortizasiya deyilir. Daha doğrusu amortizasiya — qiymətdəki azalmanın hesabatlarda əks etdirilməsinə verilən addır. Tutaq ki, «A» şirkəti 10,000 manata bir avadanlıq alır və bu avadanlığa 5 illik həyat təyin edir. 10,000 manatlıq avadanlığın 5 ildən sonra tamamilə qiymətdən düşəcəyi gözlənilir, deməli onun dəyəri 5 il arasında bölüşdürülməlidir.

Başqa sözlə, avadanlığı alan «A» şirkəti növbəti 5 ilin hərəsi üçün 2,000 manatlıq amortizasiya xərci göstərir (yəni birinci il üçün ayrıca 10,000 manatlıq xərc göstərmir).»A» şirkətinin misalına qayıdaq. Tutaq ki, «A» şirkətinin 2012-ci il üçün amortizasiya xərcləri 15,000 AZN, banka ödədiyi faiz isə 5,000 AZN təşkil etmişdir. Bu xərcləri çıxdıqdan sonra yerdə qalan məbləğ 38,000 AZN təşkil edir. Bu rəqəmləri mənfəət-zərər hesabatına daxil edək:

Satış gəliri — 200,000 AZN

Satılmış məhsulun maya dəyəri — (117.000)

Administrativ xərclər — (25,000)

Faiz, Amortizasiya və Vergidən Öncəki Mənfəət — 58,000

Amortizasiya — (15,000)

Faiz xərcləri — (5,000)

Vergidən Öncəki Mənfəət — 58,000

Vergini ən axıra saxlayırıq, çünki vergi — bütün digər xərclər çıxıldıqdan sonra tutulur. Yuxarıda artıq deyildiyi kimi, xərclər nə qədər çoxdursa, vergi bir o qədər az ödənilir. Nəhayət, «A» şirkətinin mənfəət vergisi 38,000 manatın 22%-i, yəni 8,360 AZN təşkil edir. Mənfəət-zərər hesabatına bu rəqəmi əlavə edək:

Satış gəliri — 200,000 AZN

Satılmış məhsulun maya dəyəri — (117.000)

Administrativ xərclər — (25,000)

Faiz, Amortizasiya və Vergidən Öncəki Mənfəət — 58,000

Amortizasiya — (15,000)

Faiz xərcləri — (5,000)

Vergidən Öncəki Mənfəət — 38,000

Mənfəət vergisi — (8,360)

Xalis Mənfəət — 29,640

Beləliklə, «A» şirkətinin 2012-ci il üzrə xalis mənfəəti 29,640 AZN-dir.

Mənfəət-zərər hesabatının aşağıdakı xüsusiyyətini nəzərə almaq lazımdır. «A» şirkəti nisyə satdığı məhsulun gəlirini — məhsulu satdığı dəqiqə gəlir kimi qeyd edir. Yəni məhsulun faktiki ödənişini almayıbsa da, həmin məhsulun dəyəri artıq gəlir olaraq mənfəət-zərər hesabatında əks olunur.

Hər bir potensial sahibkar bacarmalıdır:

1.Sadə maliyyə hesabatlarını tərtib etməyi;

2.Hesabatdakı məlumatı şərh etməyi və təhlil etməyi; maliyyə hesabatları sənədlərində əks etdirilən məlumatdan çıxış edərək müəssisənin maliyyə vəziyyətinin güclü və zəif cəhətlərini aydınlaşdırmağı;

3.Müəssisənin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə müəssisənin fəaliyyətində dəyişikliklər etməyi bacarmalıdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.