İşin başlanğıcının təşkil edilməsi və ilk iş günün planlaşdırılması bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
İşin başlanğıcının təşkil edilməsi və ilk iş günün planlaşdırılması
İndi biznes planınızın uğurlu olması üçün hər şeyiniz var. Növbəti mərhələ — müəssisənin açılışına fiziki hazırlıqdır. Düşünülməli və yerinə yetirilməli bir sıra məqamlar var. BP-da bütün planlarınız nə dərəcədə əhatə olunub? Müəssisənizin reklamı, binanın təmizlənməsi, təşkili, təchizatçılar tapmaq, işçi yığmaq, avadanlığı hardan almağı öyrənmək və s. məsələlərə diqqət yetirməli və BP-a müvafiq olaraq onları həll etmək lazımdır. Bütün təşkilati işləri sistemli şəkildə yerinə yetirmək çox vacibdir. BP-da heç nəyi dəyişdirməməyə çalışın. Siz yaxşı hazırlaşmısınız və əgər tələsik, düzgün olmayan qərarlar versəniz, öz sahibkar olma arzunuzu puç etmək təhlükəsi ilə üzbəüz qalacaqsınız. Lazım olduğu qədər öz BP-a və zəruri işlər siyahısına qayıdın. Bunu düz yolda olduğunuzdan əmin olmaq üçün edin. Görülməli olan işləri unutmamaq üçün əlavə siyahılar tərtib edin. Beləliklə, bina ilə bağlı hansı qərara gəldiniz? Müştərilərinizin razı qalması üçün qiymətləri necə təyin etməyi planlaşdırırsınız? İnvestiyalarınızın dəyərinə nəzarət edirsiniz? Təcrübəli sahibkarlardan hansısa dövri kapitalı saxlamaq və birinci ayın xərclərini ödəmək üçün işləri necə apardığından və problemləri necə həll etdiyindən sizə bəhs etdimi? Belə hallarda siz necə davranacaqsınız? Əgər problem meydana çıxırsa, onu dərhal həll etmək lazımdır. Lakin siz tələsməməli və məsələni səthi təhlil etməməlisiniz. Bütün problemləri kökündən həll etməyə çalışın. İlkin mərhələnizin problemlərini daha yaxşı başa düşmək üçün aşağıdakı sualları cavablandırın:
Biznesin başlanğıc mərhələsində müəyyən problemlər yarana bilər. Biznesin başlanğıc mərhələsində yaranan problemləri təhlil etmək üçün aşağıdakı suallara cavab verin:
İlk iş gününü nə üçün planlaşdırmaq lazımdır?
Uğurlu biznes yolunda ən son mərhələ — ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir. Unutmayın ki, müəssisə artıq işləyir və siz ilk satış anından özünüzə müştəri cəlb etməlisiniz. İlk iş gününün planlaşdırılması zəruri işlər siyahısının tərtibi və bu siyahının bəndlərinə ciddi riayət olunmasından ibarətdir.Beləliklə, ilk iş gününüzün planlaşdırılması-ətraflı işləməli, planlaşdırmalı və zaman-zaman icrasını yoxlamalı olduğunuz prosesdir. Bu səbəbdən də zəruri işlər siyahısını gündəlik yeniləyin.
Zəruri İşlər Siyahısı
A = bu gün
B = sabah
C = bu həftə
D = daha sonra
Əhəmiyyətindən asılı olmayaraq, yadda saxlanılmalı bütün işləri yazın.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır