Sahibkarlıq ideyasının təsvir edilməsi.GZİT təhlili. bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
Sahibkarlıq ideyasının təsvir edilməsi.GZİT təhlili.
Biznes ideyanın təsviri hansı hissələrdən ibarətdir?
Biznes-ideyanın təsviri iki hissədən ibarətdit: Birinci hissədə ideya haqqında toplanmış məlumat bir formatda yerləşdirilir. İkinci hissədə isə GZİT (SWOT) analizi aparılır.
GZİT analiz metodu nədir?
Sahibkar ideyalarının siyahısını nəzərdən keçirdikdən sonra o, onların arasından cəlbedici, ən uyğun, risk dərəcəsi az olan, həyat qabiliyyətli hesab etdiyi bir ideyasını seçib onu GZİT analizi metodu ilə təsvir etməlidir.
GZİT təhlili necə aparılır?
Yaxşı biznes ideyanızı seçmək üçün GZİT təhlili (SWOT təhlili) ən optimal metoddur. Bu metod, 1963-cü ildə Harvard universitetinin professoru Kenneth Andrews tərəfindən yaradılmışdır.
- SWOT – GZİT — Strengths (güclü tərəflər),
- Weaknesses (zəif tərəflər),
- Opportunities (imkanlar)
- Threats (təhlükələr)
O, sizə biznes ideyanızın güclü, zəif tərəflərini, imkanlarını və eləcə də təhlükəli, yəni problemli tərəflərini müəyyənləşdirməyə kömək edir. Təhlildə nəzərə alın ki, Güclü və Zəif tərəflər biznesin daxili (yəni sizdən asılı olan) tərəfidir. İmkan və Təhlükələr isə biznesin xarici (yəni sizdən asılı olmayan) tərəfidir.
Təhlilin aparılma qaydası:
Birinci təhlili öncə ideyanız haqqında informasiyanın yığılmasından başlamaq lazımdır. İkinci addımda toplanmış informasiya təhlili əks edən cədvəldə yerləşdirilir.
İnformasiyanın təhlili cədvəli
Üçüncü addımda güclü tərəfləri, zəif tərəfləri, imkanları və təhlükələri müəyyən etdikdən sonra onlar ayrı-ayrılıqda yenidən təhlil olunurlar, yəni hər birisinin yüksək, orta və aşağı həddləri (müvafiq olaraq “+++”; “++”; “ +” və “ — — -” ; “- -” ; “-”) göstərilir.
Sonda siz təhlilin nəticəsini müəyyənləşdirirsiniz, yəni ideyanızın nə qədər üstünlükləri və yaxud təhlükələrini görə biləcəksiniz.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır