Marketinq nədir? Bazarın öyrənilməsi. Bazarın seqmentasiyası bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
Bazarın öyrənilməsi. Bazarın seqmentasiyası
Marketinq nədir?
Marketinq ingilis dilində “market” sözündən götürülüb, bazar mənasını verir, “bazarda fəaliyyət”dir. Marketinq – mübadilə fəaliyyətinini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Marketinq — müəssisənizin yaradılması və idarə edilməsi prosesinin də əsas tərkib hissəsidir. Marketinq — daimi prosesdir.
Bazarın ilkin öyrənilməsini hansı üsullarla həyata keçirmək olar?
- Potensial müştərilər ilə əlaqə saxlamaqla;
- Rəqiblərə nəzarət etməklə;
- Təchizatçılardan və tanış sahibkarlardan soruşmaqla;
- Kütləvi İnformasiya Vasitələrin-dən istifadə etməklə
Bazarın seqmentasiyası dedikdə nə başa düşürsünüz?
Bazarın seqmentasiyası – bazarın ayrı-ayrı hissələrə (seqmentlərə) bölünməsi deməkdir. Bazarın seqmentlərə bölünməsi müxtəlif faktorları nəzərə alaraq, müxtəlif üsullarla bazarın öyrənilməsi həyata keçirilə bilər.
Bazarın seqmentasiyası sizə nəyi aydınlaşdırmağa imkan verir?
Seqmentasiya sizə bazarda müxtəlif müştəri qruplarını və onların fərqli xüsusiyyətlərini müəyyən etməyə imkan verəcəkdir. Müştəriləri seqment-ləşdirərkən bunu müştərilərin müəyyən əlamətlərinə görə etmək daha məqsədəuyğundur.
Məsələn, yaşına görə: körpə, uşaq, yeniyetmə, gənc, yaşlı, ahıl; cinsə görə: qadın, kişi;
yaşayış yerinə görə: şəhər-kənd;
alıcılıq qabiliyyətinə görə: sahibkarlar, qulluqçular, fəhlələr və s.
Bazarın seqmentləşdirilməsi neçə mərhələdən ibarətdir
Bundan sonra biznesinizin tələblərini daha dolğun şəkildə ödəyə biləcək seqmenti seçin. Bu seqment sizin hədəf qrupunuz olacaqdır. Bazarın seqmentləşdirilməsi 4 mərhələdən ibarətdir:
1. bazarı müxtəlif müştəri qrupları (seqmentləri) ilə əlaqəli şəkildə tədqiq edin;
2. hər seqmentin xüsusiyyətlərini təsvir edin;
3. hər seqmentin üstün cəhətlərini dəyərləndirin;
4. daha cəlbedici seqmentləri seçin.
Bu prosesləri etdikdən sonra, qarşınıza rahat seçə biləcəyiniz seqment çıxacaq. Bazarın öyrənilməsi və seqmentlərə bölünməsindən sonra isə, son nəticəni yazırsınız. Bunun üçün aşağıda verilmiş 3 hissəli cədvəl hazırlanır:
Artıq siz potensial müştərilərinizi bilirsiniz, onların tələbləri, istəkləri nədir bilirsiniz və rəqibləri təhlil edib nəticələrini qeyd etmisiniz. Bundan sonra — məhsul və ya xidmətin bazara çıxarılması üçün görüləcək işlər başlayır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır