Ana səhifə / Sahibkarlıq modulu / Balans hesabatı haqqında

Balans hesabatı haqqında

Paylaşmaq!

Balans hesabatı haqqında bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Balans hesabatı haqqında

Balans hesabatı haqqında

Balans hesabatı özündə nəyi əks etdirir?

Balans hesabatı isə dövr ərzindəki fəaliyyəti yox, konkret ana olan vəziyyəti (hesabların qalığını) göstərir. Balansmaliyyə hesabatıdır və sahibkarın nəyə malik olduğunu və başqalarına borcunu əks edir. Pulun müəssisəyə daxil olması onların getməsi ilə bağlı olaraq, balansın rəqəmləri hər gün dəyişə bilir. Balansın tərtib edilməsinin əsas cəhəti müəssisənin gəlir və ziyanla işləməsinin müəyyənləşdirilməsi zərurətidir.

İlkin balans nədir?

Balans hesabatı haqqında

Hər bir sahibkar öz müəssisəsinin sadə balansını tərtib etməyi bacarmalıdır. Əgər siz potensial sahibkarsınız və fəaliyyətə yeni başlayırsınızsa, sizə ilkin balans lazımdır. Bu aşağıdakıların daxil olduğu ümumi məbləğdir: yatırdığınız investisiyalar; ilkin ehtiyat; bank və özünüzün pul vəsaitləri.

Yekun balans nədir?

Balans hesabatı haqqında

Yekun balans isə ilin sonunda tərtib olunur. Yekun balans sizə müəssisənizin illik inkişaf dinamikasını göstərəcək. Onu hər il tərtib etməklə siz müəssisənizin müxtəlif illərdəki gəlirlərini müqayisə etmək üçün lazım məlumatlara malik olacaqsınız.

İstənilən balans iki hissədən ibarətdir: aktivlər və passivlər.

Balans hesabatı haqqında

Başqa cür desək “malik olduğunuz kapital” solda qeyd olunur, “kapitalınızın mənbələri” isə sağda qeyd olunur. Gəlirlər sağda yerləşir. Bank işçiləri və mühasiblər də “aktiv” “passiv” terminlərindən istifadə edirlər, mənalarıda eyni olaraq qalır — “kapitalınızın nəyə sərf olunduğunu” və “onun haradan daxil olduğunu” göstərir.

Balansın aktivlər hissəsinin maddələrini sadalayın

  • İnvestisiyalar:
  • Ehtiyatlar
  • Bank (bankda olan pullarınız)
  • Nağd (öz pullarınız)
  • Amortizasiya
  • Müştərilər
  • ƏDV ( Əlavə dəyər vergisi ) ödənişi möhləti:

Balansın passivlər hissəsinin maddələrini sadalayın

  • Şəxsi vəsaitlər:
  • Subsidiyalar və sərmayələr
  • Borc alınmış

AKTİVLƏR: Kapitalnız nəyə sərf olunur?

İnvestisiyalar: İl ərzində əmlak ( torpaq, bina və ya mexanizm) almaq üçün vəsait yatırırsınızsa, investisiyalarınızın həcmi artır.

Amortizasiya: Amortizasiya vəsait itkisidir və investisiyaların məbləğindən çıxır. Fəaliyyət yeni başlayanda amortizasiyanız olmur.

Müştərilər: müştərilərdən bəziləri məhsul və xidmətlərinizi kreditlə ala bilərlər. Bu isə onlarda sizin pulunuzun olması deməkdir.

ƏDV ( Əlavə dəyər vergisi ) ödənişi möhləti: Məhsul aldıqda ƏDV –nin ödənilməsi təxirə salınmalı və ya ƏDV qaytarılmalıdır. Əgər sizin ƏDV ödəmək üçün ilin sonunadək möhlətiniz varsa, bu, o deməkdir ki, həmin an üçün vəsaitlərinizin bir hissəsi vergi orqanlarındadır.

PASSİVLƏR: Kapital haradan daxil olur?

Şəxsi vəsaitlər: Şəxsi vəsaitlər yarandığı anda müəssisənizin malik olduğu pullardır. Şəxsi pul vəsaitlərinizi müəssisənin hesabına köçürərək həcmini artırmamışsınızsa, şəxsi vəsaitlər ilin sonunda olduğu kimi qalır. Onlar növbəti ildə , siz gəlir əldə etməyə başladıqda arta bilər.

Gəlir: Gəlir müəssisənin kapitalına əlavə olunur və növbəti ildə yeni investisiyalar kimi aktivlərin, yaxud ehtiyatların artırılması üçün istifadə oluna bilər. Siz, həmçinin gəliri bəzi borclarınızın (əgər varsa) ödənilməsinə sərf edə bilərsiniz. Bu cür borclara təchizatçılar, vergi orqanları, banklar və s. daxildir. Əgər siz gəlirinizi xərcləmək istəmirsinizsə, şəxsi kapitalınızı və ya səhmdar kapitalını artıra bilərsiniz. Əgər birinci il ərzində ziyana düşəcəyinizi düşünürsünüzsə, balansınızdakı xalis gəlir mənfi ola bilər.

İnvestisiyalar üçün subsidiyalar: Müxtəlif təşkilatlar investisiya qoyuluşu üçün subsidiyalar verməklə yeni başlayan müəssisələrə konkret yardım göstərir. Bu subsidiya formaları (avadanlığın alınması, binanın təmiri və s. üçün) müəssisənin ümumi kapitalının həcmini artırır. Onlar balansda əks olunmalıdır. Balansda siz subsidiyaları cari istehsal xərclərinə aid etmirsiniz. İnvestisiyalar üçün subsidiyalar ancaq sizin Gəlir və xərclər planınızda əks olunur, çünki onlar sizin illik gəlirinizi bilavasitə artırır. Əvvəl də gördünüz ki, gəlirlər balansda əks olunub.Passivlərin həmişə sizin şəxsi vəsaitlərinizdən az olmasına çalışın.

Balans hesabatı haqqında

Balans istənilən vaxt üçün vəziyyətlə bağlı tərtib edilə bilər və elə işlənib hazırlana bilər ki, müəssisənin maliyyə vəziyyətinin “ani təsvirini” verə bilsin.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.