Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.
ƏtraflıSahibkarlıq modulu
Kredit almaq üçün biznes planın banka təqdim edilməsi
Banka gedəndə xarici görüşünüzə də diqqət yetirin. Bunu istəsək də, istəməsək də bizə geyim və danışıq tərzimizə görə də qiymət verirlər. Bu səbəbdən də görünüşünüzə fikir verin və təcrübəli şəxslərlə məsləhətləşin.
ƏtraflıBiznes planın qiymətləndirilməsi
Biznes planın qiymətləndirilməsi bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram.
ƏtraflıSatışın idarə olunması
Satmaq - bacarığı ünsiyyətə girmək bacarığı - deməkdir. Təsəvvür edin ki, siz satıcısınız. Mal satan zaman siz əslində potensial müştəriyə özünüz haqqında, təklif etdiyiniz mal (xidmət) haqqında məlumat verirsiniz. Bu prosesə aşağıda verilmiş addımların ardıcılığı kimi baxmaq olar və bu addımların hər biri daha yüksək səviyyəli ünsiyyətlə bağlıdır.
ƏtraflıTədarükçülərin seçilməsi
Tədarükçülər - sahibkarların mühüm kontragentləridir, çünki onlar iş adamlarına hədsiz kömək göstərirlər. Tədarükçülər istehsal üçün lazım olan xammal, avadanlıqlar və s. satan müəssisələrdir. Tədarükçülər adətən öz malını müəssisəyə kreditə verirlər.
ƏtraflıMəhsulun və xidmətin sertifikatlaşdırılması
Sertifikatlaşdırma latın sözü olub “düzgün edilmişdir” mənasını ifadə edir. Bu termin ilk dəfə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Sertifikatlaşdırma məsələləri üzrə komitəsi (SERTİCO) tərəfindən formalaşdırılmışdır.
ƏtraflıƏmək münasibətləri.Sosial sığorta
Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənəddir.
ƏtraflıVergi hüququ haqqında
Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Ətraflı