Xasiyyətnamənin yazılmasına verilən tələblər elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Planlaşdırma və hesabatvermə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Xasiyyətnamənin yazılmasına verilən tələblər
XASİYYƏTNAMƏ nədir?
“Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir edən rəsmi sənəd və ya xarakteristikadır.
Xasiyyətnamədə hansı məsələlər öz əksini tapmalıdır?
- şəxsin təvəllüdü;
- vəzifəsi;
- milliyyəti;
- ailə vəziyyəti;
- idarə və müəssisədəki əmək fəaliyyəti;
- stajı;
- əxlaqi-mənəvi keyfiyyəti;
- öz vəzifəsinə münasibəti.
Xasiyyətnamənin yazılmasına verilən tələblər hansılardır?
- Dövlət sənədi kimi xasiyyətnaməni idarə rəhbəri verir.
- Xasiyyətnamədə bu və ya digər şəxsin ictimai fəaliyyəti, əxlaqı və siyasi keyfiyyətləri obyektiv şəkildə ardıcıl sadalanır.
- Xasiyyətnamədə kimə, kimdən və haraya təqdim olunması göstərilir.
- Dövlət əhəmiyyətli bəzi xasiyyətnamələr müzakirə olunur.
- Xasiyyətnamələr vahid formada yazılır.
- Xasiyyətnamənin həcmi 1-2 səhifədən artıq olmur.
- Xasiyyətnaməni ən azı iki məsul şəxs imzalayır və müəssisənin möhürü vurulur.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır