Tərcümeyi-hal haqqında məlumat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Planlaşdırma və hesabatvermə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Tərcümeyi-hal haqqında məlumat
Tərcümeyi-hala verilən tələblər nədən ibarətdir?
- Tərcümeyi-halda şəxsin doğulduğu il, ay və gün, yer (respublika, şəhər, rayon, kənd) dəqiq göstərilməli;
- Faktlar (həyatın mərhələləri, oxuduğu, işlədiyi yerlər, nailiyyətlər, təltiflər, ailə vəziyyəti və s.) ardıcıl sadalanmalı;
- Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılıb imzalanmalıdır.
Tərcümeyi-hal formasına görə neçə cür olur?
Tərcümeyi-hal formasına görə sadə və mürəkkəb olur. İbtidai siniflərdə sadə tərcümeyi-hal öyrədilir. Bu zaman şagird yalnız özü haqqında bildiklərini yazır. Mürəkkəb tərcümeyi-halda isə ayrı-ayrı insanların həm özünün, həm də valideynlərinin həyatı, məşğuliyyəti haqqında məlumat verilir.
Tərcümeyi-hala dair tam təsəvvür yaratmaq üçün aşağıdakı ardıcıllıqla qorunmalıdır.
- Başlıq: Tərcümeyi-hal
- Adı, soyadı və atasının adı
- Doğuldğu il, ay, gün, yer
- Məktəbəqədər dövr
- Məktəb dövrü
- Tələbəlik dövrü
- Universitetdə apardığı ictimai vəzifə
- Nailiyyətləri (mükafatları, təltifləri)
- Ailə üzvləri haqqında qısa məlumat
- Tərcümeyi-halın yazılma tarixi
- Tərcümeyi-halı yazanın şəxsi imzası.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır