Ana səhifə / PH modulu / Ərizə haqqında məlumat

Ərizə haqqında məlumat

Paylaşmaq!

Ərizə haqqında məlumat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Planlaşdırma və hesabatvermə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Ərizə haqqında məlumat

Ərizə haqqında məlumat

Ərizə nədir?

Hüquqimülki işlərin geniş yayılmış kargüzarlıq sənədlərindən biri ərizədir. “Ərizə” sözü ərəbcə “ərz” sözündəndir.

Ərizənin mahiyyəti nədir?

Şəxsin idarəyə və yaxud vəzifəli şəxsə rəsmi müraciətidir. Şikayətdən fərqli olaraq, vətəndaşın hüquqlarının və qanuni mənafeyinin pozulması ilə əlaqədar olmur və həmin pozulmanın aradan qaldırılması tələbi deyildir. Ərizə ilk növbədə, vətəndaşın hüququnun, yaxud qanuni mənafeyinin həyata keçirilməsi üçün və müəssisələrin işini yaxşılaşdırmaq haqqında təkliflər irəli sürmək üçün verilir.

Ərizənin forması necə yazılmalıdır?

Ərizə haqqında məlumatƏrizə vərəqin sol tərəfindən 4 -5 sm buraxılmaqla ortadan başlanır. İlk cümlədə müraciət olunan şəxsin vəzifəsi, titulu, adının və atasının adının baş hərfləri və soyadı yazılır. Ondan sonra ərizə verən öz kimliyini, (vəzifəsini) adını, atasının adını və soyadını bütövlükdə yazır. Bundan sonra isə vərəqin ortasında “ƏRİZƏ” sözünü yazır. Abzasdan ərizənin məzmunu başlanır. Ərizəçi öz mətləbini bildirdikdən sonra aşağıda imza edir və sonda aşağıda ayın tarixini göstərir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz …