İşgüzar yazışmanın əsas qaydaları barədə elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Planlaşdırma və hesabatvermə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
İşgüzar yazışmanın əsas qaydaları barədə
Rəsmi əlaqələrin əsas vasitəsi nə hesab olunur?
İdarənin istər daxili, istərsə də xarici əlaqələrini təmin edən əsas sənədlərdən biri məktubdur. Məktub həm də tərəfdaş şirkətlər, xarici şirkətlər və ayrı-ayrı vətəndaşlar arasında rəsmi əlaqələrin əsas vasitəsidir.
Operativ surətdə məsələni həll etmək mümkün olmadıqda nə edirlər?
Operativ surətdə məsələni həll etmək mümkün olmadıqda (şəxsi danışıq, telefon danışığı) məktublar rəsmiləşdirilir, standartlara uyğun tərtib edilir. Məktub bir məsələyə həsr edilməlidir. Bir təşkilata bir neçə məsələ ilə əlaqədar müraciət edəndə bir neçə məktub göndərmək məsləhət görülür. Bu, sənədlərin hazırlığının operativliyini və işlənməsini daha da sürətləndirir.
Xidməti məktubları neçə qrupa ayırmaq olar?
Xidməti məktubların çoxnövlülüyünə baxmayaraq, onları iki vacib kateqoriyaya ayırmaq lazımdır:
- Cavab tələb edən məktublar
- Cavab tələb etməyən məktublar
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır