Ana səhifə / Ofis proqramları modulu / Ümumi təyinatlı tətbiqi proqram təminatı 2

Ümumi təyinatlı tətbiqi proqram təminatı 2

Paylaşmaq!

Ümumi təyinatlı tətbiqi proqram təminatı 2 bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Ofis proqramlarından istifadə bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Ümumi təyinatlı tətbiqi proqram təminatı 2

Ümumi təyinatlı tətbiqi proqram təminatı 2

Elektron cədvəllər nəyə deyilir?

Cədvəlin emalı üçün təyin olunan Tətbiqi Proqram Paketlərinə elektron cədvəllər adlanır. Cədvəldə verilənlər sətir və sütunun kəsişməsindəki xanalarda saxlanılır. Xanalarda ədəd, simvol verilənləri və düsturlar saxlanıla bilər. Düsturlar digər xanaların məzmunundan asılı qiymətlərlə bir xanada verilir. Xanaların məzmununun dəyişməsi ilə, bundan asılı olan xanadakı qiymət dəyişir. Geniş istifadə olunan elektron cədvəllər: Microsoft Excel, Lotusl -2 -3, Quattro və s.

Verilənlər bazasının idarəetmə sistemləri nədir?

İnformasiya təminatının maşındaxili təşkili və idarə edilməsi üçün xüsusi Tətbiqi Proqram Paketlərinə verilənlər bazasının idarəetmə sistemləri deyilir.

Verilənlər bazası nədir?

Verilənlər bazası – diskdə saxlanılan, bir-birilə əlaqələndirilmiş və mərkəzləşdirilmiş idarə olunan fayllar məcmusudur.

Verilənlər bazasının idarə olunması nədir?

Verilənlər bazasının idarə olunması dedikdə verilənlərin bazaya daxil edilməsi,bazaya yazıların əlavə olunması, silinməsi, yeniləşdirilməsi və sorğulara görə verilənlərin axtarışı əməliyyatları başa düşülür.

CASE texnologiyası nədir və harada tətbiqi olunur?

CASE texnologiyası mürəkkəb informasiya sistemlərinin yaradılmasında tətbiq olunur.

CASE texnologiyası altında informasiya sistemlərinin hazırlanmasının avtomatlaşdırılması vasitələri başa düşülür. Bura tətbiq sahəsinin analizi, verilənlər bazasının layihələndirmə, proqramlaşdırma və informasiya sistemlərinin istismarı daxildir.

CASE texnologiyasının instrumental vasitələri informasiya texnoligiyasının bütün sahələrində tətbiq olunur.

 CASE  texnologiyasından hansı sahələr daha çox istifadə edir?

Hal-hazırda CASE texnologiyası informatikanın ən çox dinamiki inkişaf edən sahəsidir. CASE texnologiyasına aid Application Development Worckbench, B Pvin, CDEZ Tods, Clear Case, Composer, Discover Development İnformation System sistemlərini qeyd etmək olar.

Müasir CASE  texnologiyası banklar, maliyyə korporasiyaları və ən iri firmalar üçün informasiya sistemlərinin yaradılmasında müvəffəqiyyətlə istifadə olunur. Onlar adətən olduqca yüksək qiymətə malik olur və öyrənilməsi nisbətən uzun vaxt tələb edir. Amma CASE texnologiyasının tətbiqi iqtisadi cəhətdən sərfəlidir. Bir çox müasir proqram layihələri bu texnalogiyanın köməri ilə həyata keçirilir.

Beləliklə biz Ümumi təyinatlı tətbiqi proqram təminatı 2  mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.