Ana səhifə / Ofis proqramları modulu / Ümumi təyinatlı tətbiqi proqram təminatı

Ümumi təyinatlı tətbiqi proqram təminatı

Paylaşmaq!

Ümumi təyinatlı tətbiqi proqram təminatı bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Ofis proqramlarından istifadə bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Ümumi təyinatlı tətbiqi proqram təminatı

Ümumi təyinatlı tətbiqi proqram paketləri nə üçün nəzərdə tutulmuşdur?

Ümumi təyinatlı tətbiqi proqram təminatı

Ümumi təyinatlı TTP – istifadəçinin funksional məsələlərinin və informasiya sistemlərini hazırlanması və istismarının avtomatlaşdırılması üçün təyin olunan universal proqram məhsuludur.

Redaktorlar nədir?

Mətn, sənəd, qrafiki verilənlər və rəsmlərin yaradılması və dəyişdirilməsi üçün təyin olunan TPP redaktorlar adlanır. Redaktorlar vasitəsilə müəssisədə ( firmada, şirkətdə və s yerlərdə ) sənəd dövriyyəsinin avtomatlaşdırılması həyata keçirilir.

Redaktorlar hansı növlərə bölünür?

  • Mətn redaktorları;
  • Qrafik redaktorları;
  • Nəşriyyat sisteminə aid redaktorlar;

Mətn redaktorları hansı funksiyaları yerinə yetirir?

  • Mətnin fayla yazılması;
  • Mətnə əlavələrin edilməsi;
  • Hazır mətndən əlavələrin çıxarılması;
  • Simvolların, sətirlərin və mətn fraqmentlərinin dəyişdirilməsi;
  • Hazırlanmış mətndə orfoqrafiya qaydalarının yoxlanılması;
  • Müxtəlif şriftlərdən istifadə etməklə mətnin formatlaşdırılması;
  • Mətn başlıqların hazırlanması;
  • Hazır mətnin səhifələnməsi;
  • Sözlərin və ifadələrin axtarışı və dəyişdirilməsi;
  • İstənilən təsvirin mətnə gətirilməsi;
  • Hazırlanmış mətnin çap edilməsi

Mətn redaktorlarından geniş yayılanları aşağıdakılardır: Microsoft Word, Word Perfect, LibreOffice, Multi Edit və s.

Qrafik redaktorlara aid olan qrafiki sənədlərin, o cümlədən, diaqramların, təsvirlərin, cizgilərin işlənməsi nəticəsində onlardan istifadə etməklə fiqur və şriftlərin, həmçinin hərflərin ölçülərinin dəyişdirilməsini və idarə edilməsi ilə yanaşı ixtiyari təsvirlərin formalaşdırılmasını əldə etmək mümkündür. Fərdi kompüterlərdə çox istifadə olunan qrafiki redaktorlar: Paint, Boing Graf, Fanvision, CorelDraw, Adope PhotoShop, Adope İllustrator və s.

Mətn və qrafik operatorların imkanlarını özündə birləşdirən nəşriyyat sistemləri isə qrafiki materialların formatlaşdırılması ilə yanaşı onların çapa çıxarılması sahəsində geniş imkanlara malikdir. Bu səbəbdən də nəşriyyat sistemlərindən əsasən nəşriyyat işlərində daha çox istifadə edirlər. Nəşriyyat sistemlərinə Adope firmasının Page Maker, Corel korperasiyasının Ventura Publisher və QuarkXPress misal göstərmək olar.

Beləliklə biz Ümumi təyinatlı tətbiqi proqram təminatı  mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.