Ms Office proqramlar paketi bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Ofis proqramlarından istifadə bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Ms Office proqramlar paketi
1975-ci ildə təsis edilmiş Microsoft şirkəti hazırda proqram təminatı istehsalı, fərdi kompüter və serverlər üçün internet texnologiyalarının hazırlanması, eyni zamanda onlara xidmət göstərilməsində dünya lideridir.
Microsoft məhsulları 80-dən çox ölkədə satılır. 2006-cı ilin fevral ayından Azərbaycanda Microsoft Azərbaycan şirkəti fəaliyyət göstərir.
Bu proqramların bu günə kimi müxtəlif versiyaları vardır:
Microsoft Office 95, Microsoft Office 2000, Microsoft Office 2003, Microsoft Office 2007, Microsoft Office 2010, Microsoft Office 2013, Microsoft Office 2016, Microsoft Office 2019
Microsoft Word
Güclü mətn prosessoru olub bu proqram yazı işləri üçün nəzərdə tutulmuşdur.
Microsoft Excel
Əsasən hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutlmuş proqramdır.
Microsoft PowerPoint
Bu proqram vasitəsilə təqdimatlar yaradılır.
Microsoft Outlook
Bu proqram da ofis proqramlarının əsas proqramlarından biridir. Bu proqram bir e-poçt proqramıdır.
Microsoft Publisher
Bu proqram daha çox dizayn proqramlarına bənzəyir. Siz bu proqram vasitəsilə vizitkalar, müxtəlif plakatlar,braşurlar hazırlaya bilərsiniz.
Microsoft Access
Bu proqramın da istifadəçiləri çoxdur. Belə ki, bu proqram verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuşdur.
Microsoft InfoPath
Bu proqramda əsasən blanklar doldurmaq üçündür. Çox az istifadə olunan proqramdır.
Microsoft OneNote
Sürətli qeydlərin yaradılması və şəxsi informasiyanın təşkili üçün proqramdır.
Microsoft Project
Planların hazırlamasında layihə menecerinə kömək etmək üçün yaradılmışdır. Müxtəlif məsələlər üzrə resursların bölgüsü, irəliləmənin izlənilməsi və iş həcmlərinin analizi və s. əməliyyatlar üçün nəzərdə tutulmuşdur.
Microsoft Visio
Vektor qrafik redaktorudur, Windows üçün diaqramların və blok-sxemlərin hazırlanması üçün nəzərdə tutulmuşdur.
Beləliklə biz Ms Office proqramlar paketi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır