Publisher-çərçivələrin yaradılması və silinməsi
Publisher-çərçivələrin yaradılması və silinməsi bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Office Publisher 2003 proqramına həsr olunmuş yeddinci elektron dərsliyimdə salamlayıram.
İnformasiya bülleteninə lazım olduğu miqdarda mətn sahəsi əlavə etmək olar. Belə zərurət yarandıqda aşağıdakıları yerinə yetirmək zəruridir.Proqramın baş pəncərəsinin sol qırağı boyunca yerləşən Objects-Obyektlər-Обьекты alətlər zolağında Text Box-Mətnqutusu-Надпись düyməsini çıqqıldadın. Siçanın göstəricisini bülletenin lazım olan yerinə aparın və sol düyməni basılı saxlayaraq yeni çərçivə çəkin. Redaktə rejiminə keçmək üçün mətn çərçivəsinin içərisində istənilən yerində çıqqıldadın. Zərurət varsa, Formatlama alətləri zolağından istifadə etməklə, mətnin üslubunu (simvolların şriftini, ölçüsünü və üslubunu) dəyişdirin, sonra isə mət ni klaviaturadan daxil etməyə başlayın.
Publisher-mətn çərçivələrinin yaradılması və silinməsi
Bülletendəki bəzi sahələr sizə gərək olmaya bilər. Hər hansı bir mətn çərçivəsini uzaqlaşdırmaq üçün siçanın göstəricisini onun üzərinə aparıb sağ düyməni çıqqıldadın. Açılan kontekst menyusundan Delete Object-Obyektin silinməsi sətrini seçin.Bir neçə obyekti uzaqlaşdırmaq üçün həmin obyektləri “lasso” üsulu ilə seç dirin. Bunun üçün göstəricini həmin obyektlərdən kənar bir yerə aparın, siçanın sol düyməsini basıb saxlamaqla, onu elə hərəkət etdirin ki, bütün gərəksiz obyektlər çərçivəyə alınsın.Gərəksiz obyektləri uzaqlaşdırmaq üçün «Delete-Silmək-Удалить» klavişini basın. Bunu siçanın göstəricisini seçdirilmiş obyektlər qrupunun istənilən yerinə aparıb sağ düyməni çıqqıldatmaqla da etmək olar. Açılan kontekst menyusundan Delete Object-Obyektin silinməsi sətrini seçin.
Beləliklə biz Publisher-çərçivələrin yaradılması və silinməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim Microsoft Office Publisher 2003 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır