Ana səhifə / Microsoft Office Publisher 2003 / Publisher 2003 proqramının interfeysi

Publisher 2003 proqramının interfeysi

Paylaşmaq!

Publisher 2003 proqramının interfeysi

Publisher 2003 proqramının interfeysi bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Office Publisher 2003  proqramına həsr olunmuş ilk elektron dərsliyimdə salamlayıram.

Proqramı yükləmək üçün Пуск – Все программы – MS Office — Microsoft Office Publisher 2003 əmrlərini ardıcıl seçirik. Ekrana proqram pəncərəsi açılır.Publisher 2003 proqramının interfeysi

Pəncərənin sol tərəfində tapşırıqlar paneli yerləşir.
Microsoft Office Publisher 2003 proqramında hazırlanan nəşr məhsullarının bütün elementləri bir – birlərindən asılı deyil. İstənilən elementin yerini, ölçülərini, formasını və xarici görünüşünü dəyişmək olar.
Microsoft Office Publisher 2003 proqramının interfeysində ənənəvi olaraq digər Office proqramlarına məxsus elementlər mövcuddur. Bunlar aşağıdakılardır.

Publisher 2003 proqramının interfeysi

1. Proqramın başlıq sətri və onun üzərində proqram pəncərəsini idarə edən 3 düymə vardır. Başlıq sətrinin üzərində proqramın adı və onun simgəsi təsvir olunur.
Publisher 2003 proqramının interfeysi2. Proqramın menyu sətri. Menyu sətri ayrı-ayrı bölmələrdən ibarət olan menyulardan təşkil olunub. Menyuların sayı 10 ədəddir. Digər Office paketinə məxsus olan proqramlardan fərqli olaraq Microsoft Office Publisher 2003 proqramında Расположение-Mövqe(vəziyyət,düzmə) menyusu bu proqrama məxsus olan menyudur.

Publisher 2003 proqramının interfeysi3. Menyu sətrinin aşağısında müxtəlif alətlər paneli yerləşir. Adətən proqram ekrana çağrılarkən 4 alət paneli ekranda aktiv olur.

Publisher 2003 proqramının interfeysi

Publisher 2003 proqramının interfeysi

Publisher 2003 proqramının interfeysi

4. Proqraın sol tərəfində yerləşən Yeni Nəşrlər (Новая Публикация) paneli

Publisher 2003 proqramının interfeysi

Beləliklə biz Publisher 2003 proqramının interfeysi mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim Microsoft Office Publisher 2003 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Publisher 2003 proqramında dəvətnamələrin yaradılması

Publisher proqramında dəvətnamələrin yaradılması

New Publication- Новая Публикация-Yeni nəşrlər tapşırıqlar panelində nəşr növləri siyahısından Publications for Print- Публикация для печати-Çap üçün nəşrlər növünü, sonra isə Открытки-Dəvətnamələr növünü seçin.

Добавить комментарий