Ana səhifə / Microsoft Access / Verilənlərin sıralanması

Verilənlərin sıralanması

Paylaşmaq!

Verilənlərin sıralanması

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.

Verilənlərin sıralanması

Sizləri Verilənlərin sıralanması adlanan videodərslikdə salamlayıram. Kadrlar cədvəlində verilənlərin axtarışının sürətini artırmaq üçün onları əlifba sırası ilə düzmək olar. Yazıları Soyadı sahəsinə görə sıralayaq. Bazanın əsas pəncərəsində Kadrlar cədvəlini seçin. Açmaq (Open) düyməsini sıxaraq cədvəli verilənləri daxil etmə rejimində açın. Soyadı başlığının üzərində mausun düyməsini sıxın və sutunu seçin. Artma istiqamətində sıralama düyməsini sıxıb Soyadı sütununun yazılarını əlifba sırası ilə düzün. Cədvələ bir neçə yeni yazı əlavə etsək, cədvəli bağlayıb yenidən açanda onlarda əlifba sırası ilə düzüləcək. Eyni zamanda bir neçə sahə üzrə sıralama aparmaq üçün, məsələn, Soyadından başqa Adları da əlifba sırası ilə düzmək üçün mürəkkəb indeksdən istifadə etmək lazımdır.Verilənlərin sıralanması

Verilənlərin sıralanmasıGörünüş düyməsini sıxın və konstruktor rejiminə keçin. Alətlər lövhəsindəki İndekslər düyməsini sıxıb Kadrlar cədvəlinin indekslər pəncərəsini açın. Bu pəncərədə indekslərin və indeksləşdirilmiş sahələrin adlarını daşıyan sütunlar və sıralama qaydası (artma yaxud azalma istiqamətində) göstərilir. Kadrlar cədvəlini yaradarkən Usta onu iki sahə: Soyadı və KadrlarID sahələri üzrə indeksləşdirib və iki indeks: Soyadı və Açar indekslərini əlavə edib. Axırıncı indeks cədvəlin açarıdır və bütün yazıları birmənalı fərqləndirir. İndekslərin ikisi də sadə indekslərdir, çünki hər indeks bir sahə üzrə sıralama aparır. Soyadları əlifba sırası ilə düzdükdən sonra eyni soyadı daşıyan müxtəlif adları da əlifba sırası ilə düzmək üçün Soyadı indeksində düzəliş edib ona Adı sahəsi üzrə sıralama şərti əlavə etmək lazımdır. Mausun oxunu Soyadı indeksinin altında yerləşən sətirin üzərinə gətirib sağ düyməni sıxın. Açılan menyuda Sətir yerləşdirmək (Insert Rows) əmrini seçin və yeni boş bir sətir yerləşdirin. Yeni sətirin Sahənin adı (Field Name) xanasında açılan siyahının düyməsini sıxın. Adı sətrini seçin. Sıralama qaydası (Sort Order) sütununda avtomatik olaraq Artma istiqamətində (Ascending) yazılacaq. Bu əməliyyatların nəticəsində Soyadı indeksi əvvəl soyadlarını, sonra isə adları əlifba sırası ilə sıralayacaq. İndeks pəncərəsini bağlayın. Görünüş düyməsinin üzərində mausun düyməsini basın və verilənləri daxil etmə rejiminə keçin. Cədvəlin qorunması haqqında suala Hə (Yes) cavabı verin.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Bazanın sıxlaşdırılması

Bazanın sıxlaşdırılması

Verilənlər bazasının lazımi qaydada saxlanılması üçün bir sıra xidməti əməliyyatların yerinə yetirilməsi labütdur. Bazanın ehtiyat surətinin çıxarılmasını Windows -un standart əməliyyatları vasitəsilə yerinə yetirmək olar.

Добавить комментарий