Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Sizləri Qruplaşdırma və sıralama adlanan video dərslikdə salamlayıram.
Qruplaşdırma və sıralama
Tərtib edilmiş hesabatın daha bir çatışmazlığı var. Bu da ondan ibarətdir ki, əməkdaşların siyahısı əlifba sırası ilə yox Kadrlar cədvəlindəki ardıcıllıqla yerləşdirilir. Çoxsaylı yazılar olan belə bir hesabatda lazım olan əməkdaşın adını tapmaq çətinləşir. Gəlin pedaqoqların soyadlarını və adlarını əlifba sırası ilə düzək.
Bazanın əsas pəncərəsində Hesabatlar (Reports) düyməsini sıxın. Pedaqoqlar, qruplar hesabatını seçin. Konstruktor düyməsini basıb hesabatı konstruktor rejimində açın. Sıralama və qruplaşdırma düyməsini sıxın. İki səviyyəli sıralama təyin edilmiş dialoq pəncərəsi açılır. Əvvəl KadrlarID sahəsi üzrə sıralama, sonra isə hər pedaqoqa aid olan qruplar içində qrup nömrəsi üzrə.
KadrlarID üzərindəki işarə sıralamanın məhz bu sahə üzrə aparıldığını göstərir. KadrlarID sahəsinin hər yeni qiyməti üçün əməkdaşın soyadı, adı və atasının adı yazılmış yeni sərlövhə yaradılır .
Sıralamanı KadrlarID əvəzinə Soyadı sahəsi üzrə aparsaq eyni soyadı olan müxtəlif adamların qrupları bir sərlövhə altında yerləşdiriləcək. Bu ona görə baş verir ki, sərlövhə hər zaman sıralama aparılmış sahənin yeni qiyməti üçün yaradılır. KadrlarID sahəsinin qiymətləri təkrarolunmazdır və məhz bu sahə üzrə sıralama hesabata cədvəlin bütün yazılarının daxil edilməsini təmin edir. Əməkdaşların soyadlarının, adlarının və atalarının adlarının əlifba sırası ilə çıxarılmasını istəyiriksə Sıralama və Qruplaşdırma (Sorting And Grouping) pəncərəsinin siyahısına adları çəkilən sahələri KadrlarID sahəsindən əvvəl yerləşdirməliyik.
Bunun üçün Sahə/İfadə (Field/Expression) sütununun üçüncü sətrinin açılan siyahı düyməsini sıxın və Soyadı sətrini seçin. Həmən sütunun 4-cü və 5-ci sətrində açılan siyahıdan Adı və Atasının adı sətirlərini seçin. Soyadı sətrinin əvvəlinə mausun oxunu gətirib sol düyməni sıxın və bu sətri seçin. Sonra sətrin əvvəlindəki düymənin üzərinə mausun oxunu yerləşdirib sol düyməni sıxın, buraxmadan sətri siyahının əvvəlinə gətirin. Sonra eyni qayda ilə Adı sətrini Soyadının altında yerləşdirin. Aşağıda isə Atasının adı sətrini. Sıralama və Qruplaşdırma (Sorting And Grouping) pəncərəsini bağlayın. Görünüş düyməsini sıxıb hesabatı Çapdan əvvəl baxış rejimində açın. Qruplar siyahısında adı olmayan Kadrlar hesabata daxil edilmir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.